Sevil Əliyeva üçün özəl gün... - Oğlu belə təbrik etdi
"Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar, Space Televiziyasının qurucusu, mərhum prezident, Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyevanın bu gün 62 yaşı tamam olur.
Bu münasibətlə Sevil Əliyevanı oğlu Azər Əliyev təbrik edib. O, anasının uşaqlıq fotosunu paylaşaraq "62 yaşın mübarək" sözlərini qeyd edib.
Qeyd edək ki, Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb.1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirib. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədidir.
S.Əliyeva 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. 1986-cı ildən musiqi sahəsində də fəaliyyətini davam etdirir. Hazırda Londonda yaşayır

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir