Sevil Əliyeva üçün özəl gün... - Oğlu belə təbrik etdi

Sevil Əliyeva üçün özəl gün... - Oğlu belə təbrik etdi "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar, Space Televiziyasının qurucusu, mərhum prezident, Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyevanın bu gün 62 yaşı tamam olur.

Bu münasibətlə Sevil Əliyevanı oğlu Azər Əliyev təbrik edib. O, anasının uşaqlıq fotosunu paylaşaraq "62 yaşın mübarək" sözlərini qeyd edib.

Qeyd edək ki, Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb.1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirib. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədidir.
S.Əliyeva 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. 1986-cı ildən musiqi sahəsində də fəaliyyətini davam etdirir. Hazırda Londonda yaşayır
Geri qayıt