SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputat Nəriman Əliyevə vəhy gəlib, yoxsa vergi verilib..? - Maraqlıdır...

Deputat Nəriman Əliyevə vəhy gəlib, yoxsa vergi verilib..? - Maraqlıdır...

Tarix:

7-02-2017, 12:29

/ 2 040 dəfə oxundu.
Deputat Nəriman Əliyevə vəhy gəlib, yoxsa vergi verilib..? - Maraqlıdır...

Bu gün Azərbaycanda onlarla, bəlkə də yüzlərlə insan saxta ali təhsil diplomu ilə müxtəlif dövlət qurumlarında çalışır.
Dəfələrlə bu şəxslərin siyahısını müvafiq qurumlardan əldə etməyə çalışsaq da mümkün olmayıb. Bu siyahını sanki dövlət sirri kimi qoruyurlar.

Ancaq bizdə olan məlumata görə, dövlət qurumları saxta diplom sahibi olan bəzi şəxslərə “öz xahişi ilə ərizə yazıb sakitcə işdən uzaqlaşmağı” məsləhət bilirlər.
Bəs ortada olan cinayət əməli..?
Dövlət büdcəsindən illərlə ödənən əmək haqqı..?
Ən dəhşətlisi odur ki, saxta diplom sahibləri arasında 50 yaşında universitetə daxil olanlar, 60 yaşında alim olanlar da az deyil. Yəni bu şəxslərin saxta universitet qurtarmasını sübut etməyə heç bir ehtiyac yoxdur.
Axı, 18-20, yaxud 25 yaşında, yəni beyninin güclü vaxtında ali məktəbə daxil ola bilməyən gənc necə olur ki, 45, yaxud 50 yaşında universitetə daxil olur..? 55 yaşında diplom alır...
Bəlkə bunlara gecənin birində vergi verilir..? Bəlkə bunlara göydən vəhy gəlir..?
Bu elementar məntiqə sığmır, axı.
Görəsən bu şəxslərin sənədləri mühüm dövlət adamlarının masasının üstünə gedəndə sual verən olmur ki, necə oldu, sən 50 yaşında universitetə daxil oldun..?
Ən dəhşətlisi odur ki, belələri hətta “xalqın səsini qazanıb Milli Məclisə deputat seçilirlər”.
Ancaq niyə, saxta yolla diplom alanlar deputat seçilsin..?
Görəsən, bu şəxsə 50 yaşında peyğəmbərlik verilib..? Ki, 50 yaşında tələbə olub...
50 yaşında vəhy verilənlərdən biri də Milli Məclisin Masallıdan olan üzvü Nəriman Əliyevdir. O, 20 yaşında Bakı Ticarət Texnikumuna, 55 yaşında isə Rostov Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
Görəsən, 50 yaş ərəfəsində hansı möcüzə baş verib ki, Nəriman müəllim əcnəbi dildə universitet təhsili alıb.
Məlumdur ki, sovet dövründə Ticarət texnikumunu bitirənlər ən yaxşı halda dükanda satıcı işləyər, kooptorqda meyvə-tərəvəz satar, ya da yol qırağındakı pavilyonda çalışardı.
Bax, əsl Azərbaycan möcüzəsi budur: kooptorqdan Milli Məclisə hoppanmaq...

NUH.az

Şərhlər

XƏBƏR LENTİ