Hansı icra başçısı hara təyinat almaq istəyir? - İLGİNC
Hələ ötən il keçirilən referendumdan sonra bir sıra rayon icra hakimiyyəti başçılarının yerlərinin dəyişdiriləcəyi, bəzilərinin isə birdəfəlik olaraq görəvdən alınacağı haqda müxtəlif səpgili, anons xarakterli informasiyalar yayılmaqda idi. Bununla bağlı yeni gəlişmələr var.
Mötəbər mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, hazırda Gədəbəy, Ağsu, Xaçmaz,Lənkəran və Qusar rayon icra hakimiyyəti rəhbərlərinin vəzifələrini itirəcəyi gözlənilir. Bu barədə gələn xəbərlərdən aydın olur ki, sözügedən rayon başçıları postlarından birdəfəlik alınır və onların yenidən etimada layiq görüləcəkləri inandırıc deyil.
Eyni zamanda Bakının Yasamal, Xəzər və Sabunçu RİH başçılarının da vəzifələrini itirəcəkləri vurğulanır. Bu barədə mənbənin dia.az-a söylədikləri: "Yasamala əyalətdən başçı gətiriləcək. Hələlik kimin namizədliyi ağırlıq təşkil edir - bu tam bəlliləşməyib. Yasamalın icra başçısının isə Sabunçuya göndəriləcəyi gözlənilir. Sabunçunun hazırki RİH rəhbəri Adil Vəliyevin isə Xəzər rayonuna göndərilməsi ehtimal olunur".
Bu barədə əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır