Ramiz Zeynalovun bacısı oğlu sürücülərə “qan uddurur” – Müraciət
Dövlət Yol Polisinin Qaradağ postunda misli görünməmiş qanunsuzluq, özbaşınalıq hökm sürür. Bu barədə verilən məlumatda bildirilir.
DYP-nin rəisi Ramiz Zeynalovun bacısı oğlu olan Vüqar adlı şəxsin rəhbərlik etdiyi bu postda ölkənin heç bir yerində rast gəlinməyən qanunsuzluq tüğyan edir.
Bu barədə bir qrup yük maşını sürücüsü bildirib. Onların dediyinə görə hər ayın əvvəlində “Azəravtoyol” idarəsinə hər maşın üçün 200-250 manat məbləğində pul ödəyirlər.
Hətta buna görə onlara qəbz verilir. Deyilir ki, bu qəbzi tərəzi yoxlamasından keçməmək üçündür. Həqiqətən də ölkənin heç bir yerində, nə YPX, nə də nəqliyyat qurumları bu qəbzi almış sürücünü saxlamırlar. Bircə Qaradağ postundan başqa...
Bu postun işçiləri xüsusi kobudluqla qəbz almış sürücüləri saxlatdırır, bildirirlər ki, bizim tanıdığımız bir rəhbər var o da - R.Zeynaovdur. O qəbz burada işləmir, zəhmət çəkin hər buradan keçəndə haqqımızı ödəyin.
Sürücülərin dəfələrlə Daxili İşlər nazirinə müraciət etmələri onlara olan təzyiqlərin daha da artmasına səbəb olub.
Ona görə də onlar redaksiyamız vasitəsilə ölkə başçısına müraciət edərək xahiş edirlər ki, Qaradağ postunda işləyən yol polislərinin özbaşınalığına imkan verilməsin.
AnaXeber.Az

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb