SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nəzərəliyevin nəzərdən qaçmayan dosyesi

Nəzərəliyevin nəzərdən qaçmayan dosyesi

Tarix:

7-02-2017, 00:38

/ 1 779 dəfə oxundu.
Nəzərəliyevin nəzərdən qaçmayan dosyesi

Bir müddət əvvəl Bakının Nərimanov rayonu Sukanal İdarəsinə rəhbərlik edən Anar Nəzərəliyev barəsində yazdıqlarımız təsdiqini tapmaqdadır...

Rəis Nəzərəliyevin qanunsuz əməlləri və maxinasiyaları haqda müfəssəl bilgilərimiz uzun müddət müzakirə olunurdu. Hətta həmin faktlarla bağlı xəbər portalına təzyiqlər başlandı, yaydığımız informasiyanın yalan olduğunu iddia etdilər.

Halbuki, A.Nəzərəliyevin nəzərindən bir qəpik də yayınmamışdı və idarəni talamışdı. İndi isə məlum olur ki, onun fəaliyyətində həqiqətən də xoşagəlməz hallar olub.

Söhbət ləğv edilmiş MTN-nin yüksək rütbəli qanqsterlərindən və ya Azərbaycan Beynəlxalq Bankını boşaltmış “kredit oliqarxları”ından getmir.

Həmin cinayət işi “Azərsu” ASC-nin yerli idarələrindən birinə-Bakının Nərimanov rayonu Sukanal İdarəsinə rəhbərlik edən Anar Nəzərəliyev barəsindədir.

O, “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu, yaxud bacısı oğlu kimi təqdim olunurdu. Nəzərəliyevin “Azərsu” ASC-nin prezidenti ilə qohumluq əlaqələri var, ancaq onun bacısı oğlu dərəcəsində yaxın qohumu deyil, hansısa formada qohumudur.

Cinayət işinin materiallarından görünür ki, Nərimanov rayon Su-Kanal İdarəsinin keçmiş rəisi üçün “atmaq” məsələsində heç bir sərhəd, qırmızı xətt olmayıb.
O, tabeçiliyindəki işçinin bankdakı əmanətindən tutmuş təsadüfən tanış olduğu kimsəsiz qadının qızıllarına qədər hər cür maddiyatı aldatma yolu ilə mənimsəməyə hazır idi.

Zərərçəkənlərdən biri - Babayeva Jalə 1998-ci ildən Nərimanov rayon Sukanal İdarəsində işləyir. Anar Nəzərəliyevi 2012-ci ilin yanvar ayında işlədiyi İdarəyə rəis vəzifəsinə təyin olunarkən tanıyıb.

Lakin, sonradan onun atasının əvvəllər yaşadığı binanın qaz nəzarətçisi İlham Nəzərəliyev olmasını bilib. Beləliklə də onların arasında yaxşı münasibətlər yaranıb. Şəxsi evi olmadığından iki övladı ilə birlikdə doqquz ildir ki, kirayə mənzillərdə yaşayır.

Valideynləri yaşadıqları binanın həyətində olan qarajı sataraq onun pulunu mənzil almaq üçün ilkin ödəniş kimi ona vermişdilər. Qadın həmin pulu- 16.500 ABŞ dollarını 2009-cu ildə “Nikoil Bank”a depozitə qoyur.

Təxminən, 2012-ci ilin sonu, 2013-cü ilin əvvəllərində Jalə Babayeva bank sektorunda böhranın başlamasından təşvişə düşərək “Nikol Bank”da faizləri ilə birlikdə 20 min dollara çatan depozitinin 10 min dollarını götürməyi qərara alır.

Günlərin birində Jalə işdən sonra rəisinə yaxınlaşıb maaşlarını aldıqları “Zaminbank”da tanışı olub-olmadığı, ev almaq üçün saxladığı 20 min dolları həmin banka qoymaq istədiyini, bunun nə dərəcədə riskli ola biləəcyini soruşur.

Qadın bununla həyatının ən böyük səhvlərindən birini etmiş olur. Nəzərəliyev ona deyir ki, pulu banka qoymaqdansa ona versin. “Mən sənə hər ay bankın verdiyi faiz qədər pul verim, istədiyin vaxt da pulunu götürə bilərsən”-deyir.

Jalə Babayeva rəisinə səmimi qəlbdən inanırdı və bir az tərəddüd etsə də bu təklifi qəbul edir. Evindəki 10 min dollarını, üstəlik bankdakı qalan pulu da çıxarıb Nəzərəliyevə verir.

Növbəti aydan etibarən “bankir” Nəzərəliyev qadına faiz ödəməyə başlayır, birinci ayda 400 manat, sonrakı aylarda 250, 300, 400 manat. 2013-cü ilin noyabr ayına qədər idarə rəisi işçisinə bu minvalla cəmi 1700 manat faiz ödəyir.

Həmin vaxt Nəzərəliyev işdən azad olunur, qadın ona zəng vurub xahiş edir ki, 20 min dolları geri qaytarsın. Anar pulu tezliklə qaytaracağına dair söz verir, ancaq müxtəlif bəhanələr gətirməklə qadına “atır”.

Şərhlər

XƏBƏR LENTİ