XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Azərsu” prezidentinin Çovdarovun qohumuna vəzifə verməsi başına iş açıb

“Azərsu” prezidentinin Çovdarovun qohumuna vəzifə verməsi başına iş açıb

“Azərsu” prezidentinin Çovdarovun qohumuna vəzifə verməsi başına iş açıb
5-07-2017, 09:33

“Azərsu” ASC prezidenti Qorxmaz Hüseynovun başı dəhşətli bir bəladadır
MTN-nin həbsdə olan odioz generalı Akif Çovdarovun bacısı oğluna bu qurumda vəzifə verilib.
Bu işin üstü açılıb. Nəticədə “Azərsu” prezidenti mediada yazılanlardan möhkəm narahat olub.
Belə ki, ARDNŞ-də vəzifəyə gəldiyi gündən qardaşı Qorxmaz Hüseynovun havadarlığı ilə dövlət büdcəsindən milyonları talan etdiyi iddia edilən Faiq Hüseynov bu məsələdə rol oyanyıb. İddialara görə, bu günə kimi nəinki Azərbaycanda, hətta Azərbaycandan kənarda da dəyəri milyonlarla ölçülən mülklərə sahib olub.
Faiq Hüseynov Akif Çovdarovun yaxın qohumu (keçmiş MTN-də vəzifə tutan şəxslə) əl-ələ verib dövlət büdcəsindən milyonları talan edib.
Sonradan isə həmin şəxsə Azərsu ASC-də yüksək vəzifə verdirib.
Qardaşı Qorxmaz Hüseynovun yaxın dostu Əkbər adlı iş adamının vasitəsilə Suraxanı rayonu Günəşli qəsəbəsində Dövlət Neft şirkətinin ərazisində 4-5 milyon dəyərində Atilla hamam Fitnesi inşa edib.
Bundan əlavə paytaxtın bir çox yerlərində Faiq Hüseynovun mülkləri Əkbər adlı iş adamının adına sənədləşdirib.
Mətbuatda gedən yazılarda o da var ki, MTN generalı Akif Çovdarav “Azərsu” ASC-nə də külli miqdarda ziyan vurub. Belə ki, “qəhrəman” general Abşeron rayonu Masazır qəsəbəsində özünün şəxsi mülkinə 11 km məsafə su kəməri çəkdirərək bir manat belə ödəməyib.
Hətta məlumatda o da vurğulanır ki, “Azərsu” ASC- nin prezidenti Qorxmaz Hüseynovda Akif Çovdarovun qarşısında aciz durumda olub.
Məlumatlara görə, generalın Masazırdaki mülkündə pomidor və xiyar istixanaları, balıq üçün xüsusi yerlərlərin olduğu bildirilir. Maraqlısı isə budur ki, MTN kimi bir dövlət qurumun generalı hansı yollarla vergidən yayınıb.
Ehtimal olunur ki, Akif Çovdarov “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovla da məxfi iş birliyi baş tutsun.
Ən azından istənilən şəxs(lər) və yaxud, məmur(lar) dövlət vergisini ödəməlidir. Bu hər birimizin vətəndaşlıq borcudur.
Görünür, general Akif Çovdarov göstərilən etimaddan öz şəxsi maraqları üçün istifadə edib.
Mediada yayılmış bu xəbərlərlə bağlı qurumun mövqeyini də dərc etməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.