SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nəsimi rayonunda milyardlıq savaş: icra başçısı deputata “racon kəsir”

Nəsimi rayonunda milyardlıq savaş: icra başçısı deputata “racon kəsir”

Tarix:

25-09-2017, 00:07

/ 42 313 dəfə oxundu.
Nəsimi rayonunda milyardlıq savaş: icra başçısı deputata “racon kəsir”

Təxminən iki il bundan öncə ölkə rəhbərinin sərəncamı ilə Nəsimi rayon icra başçısı dəyişdirildi. 10 ildən artıq Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Nəsib Məhəməliyev vəzifəsindən azad edildi və bu posta Asif Əsgərov təyin edildi. N.Məhəməliyyet hal hazırda 109-saylı Balakən seçki dairəsindən Milli Məclisin deputatıdır. İlk baxışda çox adi bir yerdəyişmə baş verib. Bu proses bir neçə rayonla bağlı baş verib. Elə son iki ildə də Nəsimi rayonunda aparılan kadr siyasəti ilə bağlı problem yaşanmayıb. Amma indi sızan məlumatlardan belə aydın olur ki, sabiq və hazırkı icra başçısı arasında kapital savaçına start verilib.
Baş verən qalmaqal iddiasına keçməzdən öncə bildirək ki, Nəsimi rayonun sabiq icra başçısı, hazırki deputat Nəsib Məhməliyev var-dövlətinə görə, hakimiyyətdəki bəzi oliqarxları kölgədə qoyub. Ziya Məmmədovun yaxın çevrəsinə daxil olduğu bildirilən Nəsib Məhməliyevin üzdə olan əmlakının dəyəri milyonlarla manat təşkil edir. Bununla bağlı mediada yer alan məlumatlar üzərindən apardığımız araşdırmalara görə aşağıdakı obyektlər Nəsib Məhməliyevə məxsusdur:
1. 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən “Əlibaba” dönərxanası və ona bitişik aptek.
2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası.
3. Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən “Unibank”ın binası.
4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz “Moskva” univermağının yaxınlığında 6 mərtəbəli “Modera” mebel salonunun binası.
5. Mir Cəlal küçəsində “Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə.
6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası.
7. Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı.
8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran.
9. 20 yanvar küçəsi bina 22-nin yaxınlığında “Deka bank” və yaxınlıqında tikilən bina.
10. 20 yanvar küçəsində “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar.
11. “Qızıl Tac” şadlıq evinin arxasındakı stadion. Icra başçısı stadionu təmir adı ilə zəbt edib.
12. “Əcəmi” metrosunun yaxinlığında “Bakcell” ve onun yanında “Azercell” dükanları.
13. “Moskva ” univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina.
14. Cavadxan küçəsi 26-da “Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek
15. “Ərzurum” şadlıq evinin yanındakı yeni möhtəşəm bina
16. Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa.
17. Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran.
Düşünmək olardı ki, Məhəməliyevin bu obyektlərlə bağlı problemi yoxdur. Amma mediada yer alan məlumatlara əsasən bildiririk ki, son 5-6 aydır Məhəməliyev həmin obyektlərlə bağlı ciddi problemlə üzləşib: “Hazırda Nəsimi rayon icra hakimiyyətinin başçısı olan Asif Əsgərov dəfələrlə deputat Məhəməliyevə xəbər göndərib ki, “obyekt”ləri bölüşdürməyin vaxtı çatıb. Amma Nəsib Məhəməliyev öz deputat statusundan istifadə edərək icra başçısının təklifini qulaqardına vurur. Daha dəqiq desək öz “obyekt”lərini indiki icra başçısı ilə bölüşmək istəmir. İndiki icra başçısı Asif Əsgərov isə öz inadından əl çəkmək fikrində deyil. Çünki Asif Əsgərovu yaxından tanıyanlar gözəl bilir ki, o, öz marağından zərrə qədər güzəştə gedən deyil. Və istədiyinə gec-tez nail olur”.
Yeri gəlmişkən, icra başçısı Asif Əsgərovla bağlı bəzi fikirlərimizi də qeyd etmək istəyirik. Hazırda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olan cənab Asif Əsgərovun həyat yolu sözün əsl mənasında bir roman, kino mövzusudur. Bu şəxs ixtisasca idmançı-cüdoçudur. Bir müddət cangüdən vəzifəsində çalışıb. Sonra idman klublarına rəhbərlik edib, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olub və s. Və günün birində idmaçı-cüdoçu-cangüdən Asif Əsgərov “partiya işinə” irəli çəkilib. Sonda Səbail RİH-nin başçısı olub. Bu gün də Nəsimi RİH-nin başçısı kimi öz vəzifəsini davam etdirir. Bütün bunlar azmış kimi Asif Əsgərov tərcümeyi-halında qeyd olunan kimi elmi-pedoqoji fəaliyyətlə məşğul olur, elmi əsərlər, məqalələr yazır, hətta müdafiə edərək alimlik dərəcəsi alıb.Görəsən, bu boyda işləri görməyə Asif Əsgərov necə vaxt tapır..?
Amma Asif Əsgərovun əsas işi qarşıdadır: Nəsib Məhəməliyevin Nəsimidəki tifağını dağıtmaq.

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ