SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “AAAF Park”ın rəhbəri həbs edilib? - İDDİA

“AAAF Park”ın rəhbəri həbs edilib? - İDDİA

Tarix:

23-09-2017, 09:50

/ 85 195 dəfə oxundu.
“AAAF Park”ın rəhbəri həbs edilib? - İDDİA

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edilməsi ilə bağlı məlumat yayılıb.
Məlumatda bildirilib ki, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.
Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.
Tofiq Heydərov, eyni zamanda ağır atletika yığma komandasının baş məşqçisidir. O, bir müddət Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postunda da çalışıb.
Baş Prokurorluqdan “qafqazinfo”ya bildirilib ki, bəzi KİV-lərdə yayımlanan guya prokurorluq əməkdaşları tərəfindən “AAAF Park”da axtarış aparılması ilə bağlı yayılan məlumatlar yanlışdır.
“AAAF Park”ın mətbuat katibi Kənan Məstəliyev “qafqazinfo”ya açıqlamasında bildirib ki, Tofiq Heydərovun həbs edilməsi yalandır: “Tofiq Heydərov hazırda Kosovoda tədbirdədir. “AAAF Park”da axtarış aparılmır, həmin şəxslər Abşeron rayon icra hakimiyyətinin icraçıları idi. Obyektlərin yenidən inventarizasiyasını aparırlar, yenidən siyahıya alınma işləri görüldü. Hazırda bütün obyektlər fəaliyyətini davam etdirir”.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “AAAF Park” Yaşayış Kompleksində prokurorluq əməkdaşları tərəfindən yoxlama aparılması barədə xəbərlərə münasibət bildirib.
E.Sultanov “ölkə.az”a açıqlamasında deyib ki, “AAAF Park” Yaşayış Kompleksində prokurorluq əməkdaşları tərəfindən heç bir yoxlama-axtarış aparılmayıb:
“Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur”.
E.Sultanov “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edilməsi ilə bağlı məlumatsız olduğunu da söyləyib:
“Tofiq Heydərovun həbsi ilə bağlı heç bir məlumatımız yoxdur. Əgər orada prokurorluq tərəfindən araşdırmalar aparılmırsa, artıq bu məsələ bizə aid deyil”.
“Ölkə.az”ın əldə etdiyi məlumata görə isə, “AAAF Park” ərazisinə prokurorluğun yox, Vergilər Nazirliyinin əməkdaşları gəlib. Ərazidə yoxlamanı Vergilər Nazirliyinin əməkdaşları aparır.

“Ölkə.az”

Şərhlər

XƏBƏR LENTİ