Milli Şuranın təyin etdiyi mitinq öncəsi KÜTLƏVİ HƏBSLƏR!
Milli Şuranın 23 sentyabr tarixinə Məhsul stadionuna təyin etdiyi mitinq ilə bağlı polis tərəfindən artıq tədbirlər görülməsinə başlanılıb.
Günün nəbzi yenilik.org saytına istinadən bildirir ki, AXCP daxilindən verilən məlumata görə artıq partiyanın müxtəlif rayonlar üzrə funksionerləri, əsas üzvləri polis şöbələrinə çağırılaraq onlara müxtəlif formada xəbərdarlıqlar edilir.
Məlumata görə saxlanılanlar arasında Bəhruz Həsənli, Saqif Qurbanov, Cəlil Hüseynli, Emin Maniyev və digər bir neçə üzvün adı var, vaxt keçdikcə saxlanılacaq şəxslərin sayının kəskin artacağı istisna edilmir.
Sosial şəbəkələrdə yayılmış digər məlumata görə isə bununla yanaşı Məhsul stadionunda da bəzi tədbirlərin görülməsinə başlanılıb. Belə ki, artıq iki gündür stadionun giriş-çıxışlarına üztanıma kameraları yerləşdirilir ki, bu da iştirak edən şəxslərin sonradan şəkilləri əsasında müəyyənləşdirilməsi məqsədilə edilir.
Mövzunu diqqətdə saxlayacayıq.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur