Azərbaycanda hamilələr ödənişsiz təhsil ala bilər
Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir.
Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Musa Quliyev çıxış edib.
O qeyd edib ki, dünyanın bir çox ölkələrində hamilə və 2 yaşadək uşağı olan qadınlar pulsuz ali təhsil alırlar.
Deputat bildirib ki, bu kateqoriyadan olan qadınlar ali məktəblərin ödənişli əsaslarla olan ixtisaslarına qəbul olsalar da, onlara ödənişsiz əsaslarla oxumaq üçün imkan yaradılır: “Qadın tələbənin təhsil haqqı üçün pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Bu təklifin reallaşması həm də Azərbaycan prezidenti İlham Əliyevin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər".

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur