Bakıda bit problemi var – Araz Əlizadə
“Azərbaycanda qəlyan qadağan edilməlidir. Kimsə bunun arxasında durub. Narkotik vasitələrdən istifadəni Azərbaycanda qadağan etdiyimiz kimi qəlyanı da qadağan etməliyik. Çünki narkotikdən istifadə edənlər qəlyan da çəkirlər”.
Bunu deputat Araz Əlizadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Deputat bildirib ki, müəyyən regionlara gələn turistlərin sayını azaltmalıyıq.
“Bəzi bölgələrimizə gələn turistlər mənəviyyatsızlıq, tərbiyyəsizlik, vəhşilik gətiriblər. Biz seçim etməliyik - mənəviyyat yoxsa pul?”.
Deputat Bakıda bit probleminin yarandığına görə ona zənglərin olduğunu deyib. “Zənglərdən sonra bu işin arxasında düşdüm. Zəng etdim Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə Oradan mənə dedilər ki, əvvəlllər bizdə müqavilələr vardı, gedib zirzəmiləri, zibil yeşiklərini dərmanlayaraq mübarizə aparırdıq.
Daha sonra Səhiyyə Nazirliyinə də zəng vurdum. Onlar da dedi ki, bizimlə bu barədə müqavilə bağlanmayıb. Mənzil kommunal idarəsinə də getdim. Oradan da dedilər ki, icra haklimiyyəti bizə buna görə pul ayırmayıb. Həmin icra hakimiyyətinin adını çəkmək istəmirəm.
Daha sonra getdim həmin icra hakimiyyətinə. Mənə dedilər ki, bunun üçün siz icra başçısının adına ərizdə yazın, gəlin qəbula. Bu biabırçılıqdır”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur