MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
Bu, artıq məmur özbaşınalığı falan deyil — bu, birbaşa vətəndaşın şərəfinə, dinc sakinin ocağına və mətbuatın ləyaqətinə qarşı təşkil olunmuş açıq-aşkar həyasızlıq və qudurğanlıqdır!
Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdiri Zülfəli İsmayılov Bayırşəhərdə sakinlərin evlərini alçaldaraq, söyüşlə, hədə-qorxu ilə, içindəki əşyaları ilə birgə əllərindən alırsa, burada haysız-hesabsız bir cinayət tərkibi var! "Dövlət layihəsidir" adını sipər edib insanları öz ata-baba mülkündən küçə xuliqanı kimi qovmaq, sakinləri təhqir etmək kimin tapşırığıdır?
Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
Daha böyük biabırçılıq və RƏZALƏT isə bu vəhşiliyi çəkən jurnalistlərə qarşı edilən küçə söyüşləridir! Kişi jurnalistə "oğraş", qadın jurnalistə "fahişə" deyəcək qədər əxlaqını, tərbiyəsini və insanlığını itirmiş bir qudurğan hansı cürətlə hələ də o yumşaq kresloda oturur?
Küçə leksikonu ilə danışan, ağzından tərbiyəsizlik yağan bir adam dövlət qurumuna nəzarət etmir, o sadəcə dövlətin adını ayaqlar altına atan, dərhal təcrid olunmalı bir xuliqandır!
Eldar Əzizov, Bu Bəslədiyiniz Quduzluq Sizin Əsərinizdir!
Eldar müəllim Üç-beş manat çirkli pul qazanacaqsınız, layihələrdən cibinizi dolduracaqsınız deyə Zülfəli kimi mənəviyyatsız birisini sakinlərin və jurnalistlərin üzərinə qışqırtmaq hansı hoqqabazlıqdır?
Zülfəli İsmayılov Sizin hansı arxaplandakı çirkli işlərinizin şərikidir ki, bu gün onun ağzından çıxan söyüşlərə, sakinlərin naləsinə, jurnalistlərin alçaldılmasına göz yumursunuz? Sözünüz keçmir, yoxsa diliniz gödəkdir?!
Öz qudurmuş məmuruna "dur" deyə bilməyən, onun xuliqanlığını qoruyan bir icra başçısı o jurnalistlərə edilən söyüşlərin də, sakinlərin tapdalanan haqqının da BİRBAŞA ŞƏRİKİDİR
!Dövlətin adının arxasında gizlənib millətin qanını soran, arvad-uşaq demədən insanları təhqir edən Zülfəli İsmayılov və onu qoruyan Eldar Əzizov yaxşı qulaq asın:
Vətəndaşın namusu, ləyaqəti və dinc ocağı Sizin çirkli maraqlarınızdan min dəfə üstündür!
Bu özbaşınalığa, bu küçə tərbiyəsizliyinə dərhal son qoyulmalı, o məmur qandallanıb layiqli cəzasını almalıdır!
Əks halda, bu qudurğanlığın cavabını xalqın və qanunun nifrəti qarşısında tək o yox, onu o vəzifədə saxlayan bütöv bir idarəçilik sistemi verəcək!
Sima Babayeva
Facebook-da paylaş

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var