XalqXəbər.Az

XalqXeber.Az » Dünya » KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib
Bu gün, 09:44

 
İranın "Kheibar Shekan" orta mənzilli ballistik raketi ölkənin raket arsenalında əsas silahlardan birinə çevrilib.

Bu barədə "Newsweek" məlumat yayıb.

Məlumata görə, 2022-ci ildə SEPAH tərəfindən təqdim olunan raket təxminən 1450 kilometr uçuş məsafəsinə malikdir və bərk yanacaq mühərriki sayəsində daha qısa müddətdə buraxılışa hazır vəziyyətə gətirilə bilir.

Qeyd olunub ki, raket uçuşun son mərhələsində trayektoriyasını dəyişmək qabiliyyətinə malikdir ki, bu da onun hava hücumundan müdafiə sistemlərindən yayınma imkanlarını artırır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.