ADY-nin mühəndisi qəza törətdi - Fotolar
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun xidməti avtomobillə sərxoş halda qəza törətməsi ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində avtomobilə ziyan dəydiyi, işıq dirəyinin aşdığı bildirilir.
Məsələ ilə bağlı ADY-yə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq belə bir qəzanın baş verdiyi təsdiqləndi və faktla bağlı araşdırma aparıldığı əlavə edildi: “Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun 13 fevral tarixində axşam saatlarında Zülfü Hacıyev küçəsi 1 ünvanında, Qərb vaqon deposunun yaxınlığında idarə etdiyi GWM markalı 77-YT-473 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qəza törətməsi ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, hadisəyə səbəb avtomobilin qarşısına qəfil it çıxması olub.
Belə ki, Tərlan Əhmədov heyvanı vurmamaq məqsədilə həmin vaxt saatda 37 km sürətlə idarə etdiyi avtomobilin sükanını kənara yönəldib, nəticədə nəqliyyat vasitəsinin ön sol təkəri yoldakı çuxura düşüb, idarəetmə itirilib və avtomobil yaxınlıqdakı işıq dirəyinə çırpılıb”.
ADY-dən, həmçinin bildirilib ki, hadisə barədə aidiyyəti üzrə məlumat verilib.
“Qafqazinfo”
XalqXeber.Az



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır