BVF-nin İcraçı direktoru Ağdam, Xankəndi və Şuşaya səfər edib
Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu İsveçrə Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edib.
Səfər çərçivəsində İcraçı direktora işğal dövründə tamamilə dağıdılan Ağdam şəhərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərin Baş Planının icrası, müasir infrastrukturun formalaşdırılması, habelə Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin mərhələli şəkildə köçürülməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
P.Loşevski həmçinin, Xankəndi şəhərinin mərkəzi hissəsi və əsas infrastruktur obyektlərinin fəaliyyəti, burada aparılan bərpa və yenidənqurma işləri, sosial infrastrukturun təşkili və sakinlərin yaşayış şəraitinin təmin olunması istiqamətində görülən tədbirlərlə tanış olub.
Şuşa şəhərinə səfər zamanı isə qonağa şəhərin zəngin tarixi-mədəni irsi, mədəniyyət abidələrinin bərpası, həmçinin həyata keçirilən infrastruktur və turizm layihələri barədə geniş məlumat təqdim olunub. Qeyd edilib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi regionun sosial, mədəni və iqtisadi həyatında mühüm rol oynayır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır