Tahir Xəlilovun taxta çivlə “təmir” biabırçılığı davam edir - VİDEO
Bakının Səbail rayonunda iki aya yaxındır içməli suyun küçəyə axması sakinlərin ciddi narazılığına səbəb olub.
Bizimesr.az bildirir ki, ərazi sakinlərinin bildirdiyinə görə, aidiyyəti qurum - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları deşilmiş su borularına taxta çiv vurmaqla “təmir” aparıb və ərazini tərk ediblər.
Nəticədə iki aydan artıq müddətdə axan su yolları bərbad hala salıb, ərazidə hərəkəti çətinləşdirib, xüsusilə məktəblilərin təhlükəsiz gediş-gəlişinə ciddi maneələr yaradıb.
Sakinlərin sözlərinə görə, problem yalnız televiziya çəkilişləri aparıldıqdan sonra dərhal aradan qaldırılıb. Bu isə belə qənaət yaradır ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yalnız mediaya düşəndə hərəkətə keçir, əks halda isə vəzifə borcunu yerinə yetirməkdə maraqlı görünmür.
21-ci əsrdə deşilmiş su borusuna taxta çiv vurulması isə həm texniki, həm də idarəçilik baxımından ciddi suallar doğurur. Bu cür “təmir” nə təhlükəsizlik standartlarına uyğundur, nə də dövlət vəsaitlərinin səmərəli istifadəsi ilə izah oluna bilər.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini hazırda müvəqqəti icra edən şəxs Tahir Xəlilovdur. Adətən müvəqqəti icraçı vəzifədə olan şəxslər özlərini doğrultmaq, səmərəli idarəçilik nümayiş etdirmək və rəhbər vəzifəyə təsdiqlənmək üçün daha fəal çalışırlar. Görünən odur ki, bu məsələ Tahir Xəlilov üçün o qədər də prioritet sayılmır və taxta çivlə “təmir” kifayət qədər qənaətbəxş hesab olunub.
Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovdur. Sakinlər isə deşilmiş borulara taxta çiv vuran məsul şəxsləri ironik şəkildə artıq “çiv məmurlar” adlandırırlar.(Bizimesr.az)
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi öyrənilməyə çalışılır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır