“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
Neftçala Rayon İcra Hakimiyyəti “Hadi İnşaat” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqaviləyə əsasən Neftçala rayonunda daxili yolların və mənzil fondunun əsaslı təmiri işləri həyata keçiriləcək. Şirkətin təqdim etdiyi qiymət təklifi 897 379,79 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Hadi İnşaat” MMC 28 fevral 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Şabran rayonu, Dağ Bilici kəndidir. MMC-nin qanuni təmsilçisi Nəsirli Əminə İlham qızıdır.
Açıq mənbələrdə “Hadi İnşaat” MMC və onun qanuni təmsilçisi Əminə Nəsirli barədə məlumat yoxdur.
Dövlət satınalmalarının vahid elektron portalı üzrə aparılan araşdırmaya görə, “Hadi İnşaat” MMC satınalma müsabiqələrində fəal iştirak edir. Şirkət ötən il altı müqavilə imzalayıb. Onlardan üçü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə, digər üçü isə Ağcəbədi Rayon İcra Hakimiyyəti, Dövlət Miqrasiya Xidməti və Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab Şəhər Nümayəndəliyi ilə bağlanıb. Bağlanmış müqavilələrin ümumi dəyəri 3 825 492,19 manatdır.
“Hadi İnşaat” MMC əsasən abadlıq və təmir işləri üzrə tenderlərdə qalib olur. Şirkətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməsi məlum deyil. Lakin qısa müddətdə adı nadir hallarda rast gəlinən MMC artıq “tender kralı” statusu qazanır.(Qaynarinfo)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır