AZAL sərnişinə dəyən ziyanı ödəmir - Şikayətlər qulaq ardına vurulur - FOTO
Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın sərnişinlərə baqajının zədələnməsi və kompensasiya məsələsinin həll olunmaması ilə bağlı narazılığın sayə hesabı yoxdur.
Bizimesr.az bildirir ki, daha bir sərnişinin bildirdiyinə görə, ötən ay İstanbul reysi ilə uçuş zamanı çamadanı sındırılıb. Hadisə ilə bağlı sərnişin hava limanını tərk etmədən müvafiq qaydada müraciət edib və lazımi rəsmi sənədləri alıb. Daha sonra isə AZAL-ın tələb etdiyi bütün prosedurları mərhələli şəkildə yerinə yetirib.
Lakin sərnişin bildirir ki, bütün sənədlər təqdim edildikdən sonra aviaşirkət tərəfindən ona qeyri-ciddi və qəbuledilməz cavablar verilib. Belə ki, AZAL nümayəndələri sərnişinə Bakıda müəyyən bir şəxsi tapmağı və çamadanı onun yanına apararaq “təmir etdirməyi” təklif ediblər.
Sərnişin bu təklifi mədəni şəkildə rədd etdiyini bildirir: “Mən qapı-qapı düşməli deyiləm. Bu, sərnişinin problemi deyil, aviaşirkətin məsuliyyətidir.”
Bundan sonra AZAL tərəfindən sərnişinə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və araşdırma başa çatdıqdan sonra kompensasiya məbləği bank kartına köçürüləcək. Lakin sərnişinin sözlərinə görə, bir aya yaxındır ki, araşdırma adı altında proses uzadılır və heç bir real nəticə yoxdur.
Sərnişin xüsusilə vurğulayır ki, AZAL-ı indiyə qədər milli aviaşirkət və marka kimi qəbul edib, lakin bu hadisə onun məyusluğuna səbəb olub: “O boyda AZAL. Hansı ki, biletləri çox baha qiymətə satır. Açığı, bu münasibəti AZAL-a yaraşdırmadım”.
Məsələ ilə bağlı AZAL heç bir çıqlama vermir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.az

XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır