İsrailin xarici işlər naziri İlham Əliyevin qəbulunda - GÖRÜNTÜLƏR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib.
Söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlandı, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirildi.
Ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulandı, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edildi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunuldu.
Eyni zamanda, hökumətlərarası komissiyanın rolu qeyd edilərək, bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulandı.
Gideon Saar onu bu səfərdə böyük biznes və işgüzar dairələrin nümayəndələrinin müşayiət etdiyini deyərək, səfər çərçivəsində keçiriləcək Azərbaycan-İsrail biznes forumunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi. O, Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.




Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır