İngilis dili müəlliməsi olan Səma İbrahimova ilə bağlı araşdırma başlandı
Təhsil Nazirliyi sosial mediada şagirdlərlə çəkdiyi videoları paylaşaraq məşhurlaşan müəllimlər barədə araşdırma aparmağa başlayıb.

Bu şəxslərdən biri də Azərbaycanlı Səma İbrahimovadır. O, Türkiyədə ingilis dili müəllimidir.
Səma ilə bağlı araşdırmaların başlamasına səbəb onun uyğunsuz geyimdə uşaqların qarşısına çıxmasıdır.
Türkiyənin Təhsil Nazirliyi 81 şəhərdən yüksək izləyici sayı olan müəllimlərin adını, işlədiyi məktəbi, sosial media hesablarını və istifadəçi adlarını istəyib. Araşdırma nəticəsində müəllimlər üçün xəbərdarlıqdan işdən çıxarmağa qədər cəzalar tətbiq oluna bilər.
Milli Təhsil naziri Yusuf Tekin bildirib ki, bu sahədə düzgün sərhədlərin qorunması vacibdir və tətbiq ediləcək tədbirlər buna yönəlib. Disiplin prosesində xəbərdarlıq, qınama, maaş kəsimi, karyera irəliləyişinin dayandırılması və hətta işdən çıxarma cəzaları mümkündür.
Son illərdə sosial mediada şagirdlərlə videolar paylaşaraq yüz minlərlə izləyici toplayan müəllimlərin sayı artıb. Bu videolarda bəzən şagirdlər “dekor” kimi göstərilir, müəllimlər isə reklam və sponsorluq işlərinə cəlb olunur. Mütəxəssislər bildirir ki, valideyn icazəsi olmadan paylaşım həm hüquqi, həm də psixoloji risklər yarada bilər.
MEB-in araşdırmasında əsas məqsəd müəllimlərin sosial mediadan istifadəni dayandırmaq deyil, məktəb və sinif mühitində gizliliyi qorumaq, şagirdlərin təhlükəsizliyini təmin etməkdir. / Milli.az
XalqXeber.Az



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır