İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı - Səbəb nədir?
Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədova məxsus "Lerik Broyler" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
Qaynarinfo-nun məlumatına görə, İqbal Məmmədov deputat mandatını itirdikdən sonra onun digər biznes layihələri ilə yanaşı, "Lerik Broyler" MMC-də də ciddi maliyyə problemləri yaranıb.
Şirkət bir neçə aydır fəaliyyət göstərmir. Bildirilir ki, işçilər uzun müddətdir əmək haqlarını ala bilmirlər.
Aparılan araşdırmaya əsasən, MMC-nin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 255 340,07 manat vergi borcu mövcuddur.
Məlumata görə, İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlı direktor vəzifəsindən azad edilib. Bir neçə ay əvvəl "Lerik Broyler" MMC-nin direktoru vəzifəsinə Emil Şiriyev təyin olunub.
Məsələ ilə bağlı "Lerik Broyler" MMC-nin Emin adlı nümayəndəsi ilə əlaqə saxladıq. Onun şirkətin İqbal Məmmədovla əlaqəsi barədə suala belə reaksiya verdi:
"Sizə nə dəxli var? Şirkət İqbal Məmmədovdan çıxıb, ya çıxmayıb. İşçilərə əmək haqqı verilməməsi ilə bağlı məsələnin də ağsaqqala heç bir aidiyyatı yoxdur. İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlının da ona bağlılığı yoxdur. Axmaq-axmaq danışırsız. 8 aydır "Lerik Broyler" işləmir. Siz şirkətin niyə işləməməsi barədə maraqlanın".
Qaynarinfo

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır