Ötən il 3.6 milyonu gözdən çıxaran icra başçısı indi 235 min AZN xərcləyəcək
Məmməd Məmmədovun rəhbərlik etdiyi Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində il ərzində keçiriləcək anım günləri, hüzn mərasimləri, dövlət və peşə bayramları ilə əlaqədar tədbirlərin təşkili məqsədilə satınalma elan edilib.
Satınalmanın ehtimal olunan ümumi dəyəri 235.512,30 AZN təşkil edir.
Tender sənədlərinə əsasən, tədbirlərin təşkili çərçivəsində müxtəlif növ atributların və ləvazimatların alınması, eləcə də şəhərin bəzədilməsi nəzərdə tutulur. Satınalma predmeti olduqca genişdir və aşağıdakı əsas istiqamətləri əhatə edir:
Müxtəlif ölçülərdə dövlət bayraqları (0.5x1, 0.75x1.5, 2x4, 6x12 ölçülərdə, raşel parçadan),
Bayraq dirəkləri (taxta materialdan),
Təşəkkürnamələr və çərçivələr,
Suvenir məhsulları – qol saatları (smart və ya mexaniki), stolüstü əşyalar, ətirlər,
Bayram günlərinə uyğun döş nişanları,
Dekorativ elementlər və işıqlandırma vasitələri (LED lampalar, işıqlı oyuncaqlar, tor və pərdə işıqlar, dekorativ maral fiqurları, “2026” işıqlı konstruksiyalar və s.),
Tədbirlər üçün çiçəklər – 1.500 ədəd qızılgül, 6.000 ədəd qərənfil və 80 ədəd gül buketi,
Poster və elanlar (UV çapla),
Şəhərin ümumi bəzədilməsi, qurulma və sökülmə işləri, avadanlıqların anbara yığılması və texniki təminat.
Məlumatda qeyd olunur ki, bütün bu xidmət və mallar il ərzində müxtəlif rəsmi və ictimai əhəmiyyətli tədbirlərin təşkili üçün istifadə ediləcək.
Qeyd edək ki, son dövrlər rayon icra hakimiyyətləri tərəfindən bayram və tədbirlərin təşkili ilə bağlı elan edilən satınalmaların məbləği və məzmunu ictimai maraq doğurur.
Xatırldaq ki, sözü gedən icra orqanı 2025-ci il ərzində 3.6 milyonkuq tender müqavilələri bağlaması barədə məlumat vermişdik.
Həmçinin qeyd etmişdik ki, eyni profilli işlər bir neçə dəfə ard-arda eyni şirkətə verilib.
32gun.az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var