Türkiyə MN: Ukraynaya atəşkəsdən sonra sülhməramlı qüvvə göndərilə bilər
Türkiyə atəşkəsdən sonra Ukraynaya sülhməramlı qüvvə göndərə bilər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuata açıqlamasında bildirilib.
Qeyd olunub ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində davamlı atəşkəsin təmin olunması məqsədilə həyata keçiriləcək bütün konstruktiv təşəbbüslərə töhfə verməyə hazırdır:
"Türkiyənin Ukraynaya beynəlxalq sülhməramlı missiyanın tərkibində hərbçi göndərməsi üçün, ilk növbədə, atəşkəsin əldə olunması, ardınca isə vəzifə bölgüsü aydın müəyyənləşdirilmiş bir missiyanın formalaşdırılması və hansı ölkənin hansı həcmdə töhfə verəcəyinin dəqiqləşdirilməsi zəruridir".
Məlumatda o da vurğulanıb ki, Türkiyə mümkün atəşkəsdən sonra Qara dənizdə təhlükəsizlik və sabitliyin qorunması, eləcə də gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş hərbi planlaşdırmalara rəhbərlik edir:
"Türkiyə regional sahiblik prinsipi çərçivəsində Qara dənizdə tarazlığı təmin edən və bölgənin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan Montrö Konvensiyasını diqqətlə, məsuliyyətli, tərəfsiz və güzəştsiz şəkildə tətbiq edib və buna davam edəcək".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır