Livan ordusu ölkənin cənubunda hərbi texnikaya nəzarəti ələ alıb
Livan ordusu ölkənin cənubunda silahlara nəzarəti tamamilə ələ keçirdiyini elan edib.
Ordudan nəzarətin bərpasına baxmayaraq, partlamamış silah-sursat və tunellərın təmizlənməsi üçün görüləsi işlərin hələ də çox olduğu bildirilib.
Ordudan o da bildirilib ki, İsrailin nəzarəti altında olan bölgələrdən başqa Livanın cənubunda silahlara nəzarət tam bərqərar edilib.
Məlumatda Hizbullahın adı çəkilməsə də, Livanın cənubunda bu qruplaşmaya məxsus hərbi texnikanın mövcudluğu sirr deyil.
Qeyd edək ki, Livan ordusu ölkənin cənubunda, İsraillə sərhəddə mövcud olan və ordunun nəzarətində olmayan hərbi texnikanı oradan çıxarmaqla bağlı ötən ilin sonuna qədər işlərin tamamlanacağını elan edib.
Livan təhlükəsizlik mənbələri “Reuters“ə verdikləri məlumatda bundan sonra heç bir təşkilatın və ya qruplaşmanın Livanın cənub ərazisindən hücumlar həyata keçirə bilməyəcəyini qeyd ediblər.
Xatırladaq ki, ABŞ və İsrail Livan hökumətindən Hizbullahın tərksilah edilməsini tələb etsə də, hökumət hələ də bu işin öhdəsindən gələ bilməyib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır