Alıb içdiyimizin suyun mənşəyi - Sadəcə krant suyu imiş.. İDDİA/VİDEO
Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə fəaliyyət göstərən “Duru Su” adlı su istehsalı sexində, krant suyunun doldurularaq satışa çıxarıldığına dair ciddi faktlar aşkarlanıb.
Əməkdaşlarımız yerli sakinlər tərəfindən edilən şikayət əsasında həmin ünvanda yerləşən su sexində olublar
Sözügedən ərazidə aparılan çəkiliş zamanı məlum olub ki, sextə çap edilən saxta etketlə su balonları satışa çıxarılır. Həmçinin həmin su balonları təmizlənmiş su ilə deyil sexdən keçən su krantına bağlanmış şlanq vasitəsi ilə doldurulur və həmən də sırada gözləyən maşınlarla sifarişi öncədə alınan ünvanlar daşınır.
Çəkiliş zamanı oda məlum olub ki, sexin işçisi qanunsuz fəaliyyəti göstərdiklərini etiraf edib və krant suyunun qablaşdırılaraq satışa verildiyini təsdiqləyib. Saxta su sexinin rəhbəri özünü Kəlbəcərli kimi tanıdan sahibkar Salmanzadə Şamxal törətdiyi əməlin qanuni olduğunu deyir, həmçinin günəmuzd işlətdiyi onlarla insan var ki, həm vergidən həm də əmək müqviləsi bağlamadan çalışdırır.
Baş verən mühüm hadisəni ictimailəşdirmək media mənsubu olaraq bizlərin borcudur. Minlərlə vətəndaşımızın sağlamlığına yaradılan real təhlükəni hüquqi tərəfdən aqraşdırmaq hüquq mühafizə orqanlarının işidir. İnanırıq ki, hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi operativ şəkildə qanunsuzluqlarla dolu su sexinin iş icraçısı Şamxal Salmanzadə ilə bağlı qanuni ölçü götürə biləcəklər…!
Bolge.tv

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır