İsmayıllı meşələrində ağac kəsintisi ilə bağlı yeni görüntülər - Araşdırmalar davam edir
Şahdağ Milli Parkının İsmayıllı bölməsinə düşən ərazisində ağacların kütləvi kəsilməsi ilə bağlı məlumat vermişdik. Həmin məlumatda baş verənlərə görə xüsusilə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin sahə müfəttişi Əfqan Qəribovun adı hallandırılırdı.
Məsələ ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən Qaynarinfo-ya daxil olan açıqlamada bildirilirib ki, həmin ərazidə araşdırmalar aparılıb:
"Şahdağ Milli Parkının ərazisində ağacların kəsilməsi ilə bağlı yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılıb. İlkin araşdırmalara görə ağac kəsintisi baş verən ərazinin Şahdağ Milli Parkının ərazisi olmadığı müəyyən edilib. Sözügedən ərazinin mülkiyyətiçisini müəyyənləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub. Araşdırma yekunlaşdıqdan sonra qanunamüvafiq tədbirlər görüləcək və dəymiş ziyanın məbləği cinayət tərkibi yaradarsa toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək".
Bununla belə, ağac kəsintisi ilə bağlı redaksiyamıza yeni görüntülər daxil olub. Həmin görüntülər yaxınlıqda yaşayan sakinlər tərəfindən çəkilib. Onların iddiasına görə görüntülərdə əks olunan ərazi Şahdağ Milli Parkının İsmayıllı bölməsinə aiddir: "Biz qurumuş bir ağacı kəsən kimi cərimə edirlər. Amma özləri cavan ağacları kəsirlər".
Sakinlər iddia edir ki, ərazidə yalnız ağac kəsilmir. Eyni zamanda qanunsuz ov edilir. Şikayətçilər bu məsələdə Əfqan Qəribovla yanaşı, meşəbəyi Şükran Baxışovun adını da çəkir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin açıqlamasından aydın olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən meşə və milli parkların ərazilərində mütəmadi monitorinqlər aparılır. Aşkar edilən qanun pozuntuları ilə bağlı aidiyyəti qurumlarla birgə qanunamüvafiq tədbirlər görülür.
Sakinlər də araşdırmaların aparıldığını təsdiqləyib. Onlar ümid edir ki, qısa zamanda baş verənlərlə bağlı lazımi tədbirlər görüləcək.(Qaynarinfo)
Ağac kəsintisi ilə bağlı görüntüləri təqdim edirik:
<iframe src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Freel%2F876501404848266%2F&show_text=0&width=267" width="267" height="476" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowfullscreen="true" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share" allowFullScreen="true"></iframe>

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır