Gəncə Regional Kollecdə ciddi idarəçilik böhranı : Müəllim və tələbələr hədə altındadır
Redaksiyamıza daxil olan məlumata əsasən, Gəncə Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Regional Kollecin Telekomnikasiya filialında son aylarda ciddi idarəçilik problemi yaşanır. Şöbə müdiri Qurbanova Sevincin rəhbərliyi altında işçilərə, müəllimlərə və tələbələrə qarşı qeyri-etik, kobud və təhqiramiz münasibətlərin artması kollecdə sağlam iş mühitini tamamilə pozub.
İddialara görə, Sevinc Qurbanova:
- Tələbələri “savadsız” adlandıraraq onların ləyaqətini alçaldır;
- Müəllim və tələbələr arasında süni qarşıdurmalar yaradır;
- Müəllim heyətinə qarşı təzyiq və aşağılama üsullarından istifadə edir.
- Bundan başqa, xadimə vəzifəsində çalışan Əliyeva Pərvanə barəsində də ciddi iddialar irəli sürülür. O, digər işçilərə psixoloji təzyiqlər göstərməkdə, komissiya yoxlamaları zamanı yalan ifadə verməyə məcbur edilməkdə və öz öhdəliklərini digər işçilərə, xüsusilə Gülzar adlı xadiməyə gördürməkdə ittiham olunur. Qeyd edilir ki, 16 dekabr 2025-ci ildə qanunsuz olaraq kargüzar vəzifəsinə keçirilməsi, onun tələbə statusunda olmasına baxmayaraq baş verib və bu, əmək qanunvericiliyinə ziddir.
Ən narahatedici məqamlardan biri isə 633A1 qrupunun tələbəsi Nihan tərəfindən müəllim Mehriban Rzayevanın fiziki zorakılıqla hədələnməsi və valideyninin də sonradan təhdidkar davranış sərgiləməsidir. Hadisə nəticəsində müəllimin səhhəti pisləşmiş, təcili tibbi yardım çağırılmışdır.
Bütün bu hadisələrə səbəb kimi kollecdə yaranmış idarəetmə xaosu və Qurbanova Sevincin məsuliyyətsiz yanaşması göstərilir. Müəllim və tələbə heyəti aidiyyəti dövlət qurumlarına, Elm və Təhsil Nazirliyinə, Agentliyə və GDU rəhbərliyi çağırış edərək təcili araşdırma və tədbir görülməsini tələb edirlər.
Redaksiya olaraq tələb və müəllimlərin təhlükəsiz təhsil haqqını müdafiə edir, məsuliyyətli qurumların rəsmi mövqeyini gözləyirik.
BakuNews.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır