“Zamanı aşan İRS” layihəsinin növbəti təqdimat mərasimi tarixi binada keçirilib
Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Dəyərlərin Təbliği İctimai Birliyi tərəfindən icra olunan “Zamanı aşan İRS” layihəsinin daha bir tədbiri keçirilib.
Tədbir, görkəmli xeyriyyəçi Ağa Musa Nağıyevin tikdirdiyi 98 binadan biri olan “Lukoil” binasında baş tutub. Məhz bu məkanın seçilməsi təsadüfi deyil çünki təqdimatın keçirildiyi bina Nağıyevin xeyriyyəçilik irsinin canlı şahidlərindən biridir.
Layihə çərçivəsində “İrsin varisi” adlı sənədli sosial çarx hazırlanıb və təqdimat mərasimində nümayiş etdirilib. Çarx Ağa Musa Nağıyevin həyat yolundan, onun xalq üçün gördüyü nəcib işlərdən və bu irsin bu günə qədər yaşadılmasından bəhs edir.
Layihə rəhbəri, Ağa Musa Nağıyevin nəvəsi, tarixçi və elmlər namizədi Dilara Nağıyeva çıxışı zamanı bildirib ki, bu layihə ulu babasının xeyirxah əməllərinin, milli dəyərlərə verdiyi töhfələrin gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır:
“Ağa Musa Nağıyev sadəcə bir xeyriyyəçi deyil, o, milli ruhun, mərhəmətin və maarifin simvoludur. Onun irsi bu gün də yaşayır və yeni nəsillərə örnək olur.”
Mərasimdə çıxış edən qonaqlar layihənin tarixi şəxsiyyətlərin irsinin qorunması və milli dəyərlərin təbliği istiqamətində mühüm təşəbbüs olduğunu qeyd ediblər. Onların fikrincə, belə layihələr cəmiyyətin mənəvi dirçəlişinə, milli yaddaşın yaşadılmasına xidmət edir.
“Zamanı aşan İRS” layihəsi çərçivəsində keçirilən tədbirlər davam etdirilir və yaxın zamanda ictimaiyyət üçün yeni təqdimatlar da nəzərdə tutulur.




XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır