Azərbaycan–Özbəkistan || Gənclər Forumu necə keçdi- Qht sədri
Büllur xanım, əvvəlcə sizi tanıyaq. Siz bu foruma hansı statusla qatıldınız?
Mən, Büllur Cavad qızı, gənclər fəaliyyəti ilə məşğul olan bir gənc olaraq və eyni zamanda təmsil etdiyim ictimai təşkilatın nümayəndəsi kimi bu foruma qatıldım. Məqsədim Azərbaycan gənclərinin səsini duyurmaq və Özbəkistan gəncləri ilə əməkdaşlıq imkanları yaratmaq idi.
– Forumun əsas məqsədi nə idi?
Forumun əsas məqsədi Azərbaycan və Özbəkistan gəncləri arasında münasibətləri daha da möhkəmləndirmək, ortaq layihələrə zəmin yaratmaq idi. Xüsusilə iqlim dəyişiklikləri, sağlam həyat tərzinin təbliği, urbanizasiya, mədəni dəyərlərin qorunması və gənclərin gələcək əməkdaşlıq potensialına dair geniş fikir mübadiləsi aparıldı.
– Forumda sizi ən çox təsirləndirən məqam nə oldu?
Məni ən çox təsirləndirən məqam iki xalqın gəncləri arasında dərin mənəvi yaxınlığın olması idi. Dil, tarix, mədəniyyət və dünyagörüş baxımından nə qədər çox ortaq dəyərlərə sahib olduğumuzu bir daha hiss etdim. Eyni zamanda, gənclərin iqlim, ekologiya və sülh kimi qlobal məsələlərə bu qədər həssas yanaşması mənə böyük ümid verdi.
– Siz bu forumdan hansı şəxsi və peşəkar faydalar əldə etdiniz?
Bu forum mənim üçün həm şəxsi, həm də peşəkar inkişaf baxımından dəyərli bir təcrübə oldu. Beynəlxalq düşüncə tərzim daha da genişləndi, yeni dostluqlar, yeni əməkdaşlıq əlaqələri qazandım. Bununla yanaşı, təmsil etdiyim təşkilat üçün də gələcəkdə həyata keçirilə biləcək ortaq layihələr üçün yeni ideyalar və tərəfdaşlıqlar formalaşdırdım.
Cavidan

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır