XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Nazir: Xaricdə təhsillə bağlı 1 000-dən artıq müraciət daxil olub

Nazir: Xaricdə təhsillə bağlı 1 000-dən artıq müraciət daxil olub

Nazir: Xaricdə təhsillə bağlı 1 000-dən artıq müraciət daxil olub
24-06-2025, 11:05

2025-2026-cı tədris ili üçün xaricdə təhsillə bağlı 1 000-dən artıq müraciət daxil olub.

Bunu elm və təhsil naziri Emin Əmrullayev 2024–2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, onların üçdə biri dünyanın TOP-10 universitetlərinə daxil olan azərbaycanlı tələbələrdir:

"Bu, böyük nailiyyətdir. Çünki 300-dən artıq şəxsin dünyanın ən yaxşı 10 universitetində təhsil alması təhsil sistemi üçün uğurdur. Biz istəyirik ki, xaricdə oxuyanlar ölkəyə qayıtsınlar".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.