“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi
Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “Sherlock Music Pub” iaşə obyektində insident baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gecə saat 00:30 radələrində restoranda bir qrup müştəri arasında dava-dalaş düşüb.
Belə ki, sərxoş halda olan gənc qadın digər masada əyləşən şəxsi uca səslə söyməyə başlayıb, səs-küy salaraq obyektin fəaliyyətini pozub.
Hadisə yerinə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları gəlib. Lakin həmin qadın hərəkətlərinə davam edərək tabesizlik göstərib.
Saxlanılaraq şöbəyə aparılan qadının Xaçmaz rayonu Xudat şəhər sakini 1987-ci il təvəllüdlü N. İsmayılova (şərti) olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən 38 yaşlı qadın yan masada olan kişinin onun hesabını ödəmək istəməsinə görə əsəbiləşdiyini deyib: “Həmin vaxt “Sherlock” restoranında bir müddət istirahət etmişdim, yemək yeyib, spirtli içki qəbul etmişdim. Daha sonra isə hesab üstündə dava düşdü. Belə ki, mənim hesabımı yan masada əyləşən tanımadığım şəxs ödəmək istəyirdi, mən isə bununla razılaşmadım, nəticədə mübahisə yarandı. Sonra polis əməkdaşları şöbəyə gətirdi, törətdiyim əməldən peşmanam”.
Nizami Rayon Məhkəməsinin qərarı ilə N. İsmayılovaya 5 sutkalıq inzibati həbs verilib və o, müvəqqəti saxlanma yerinə yerləşdirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...