Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
Səhiyyə Nazirliyinin tenderi ləğv edilib.
Bu barədə rəsmi mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, nazirliyin Tikilməkdə olan Müəssisələrinin Müdariyyəti Cəlilabad Rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin davamı üçün tender keçirmək istəyib. Xəstəxananın tikintisinin II mərhələsini əhatə edən proses üçün isə 9 milyon 720 min 455 manat vəsait ayırmağa hazır olduğunu açıqlayıb. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin nəticəsini ləğv edib. Bununla bağlı rəsmi saytında isə tenderin ləğvinin konkret səbəbini göstərməyib, yalnız “Nəzarət orqanının qərarı ilə”yazmaqla kifayətlənib.
Bəzi müşahidəçilər güman edirlər ki, nəticələrin ləğvi tələb olunan rəqəmin şişirdilməsi ilə bağlı olub. Yəni, Səhiyyə Nazirliyi tələb olunandan daha artıq vəsait xərcləmək fikrində olub və nəzarətedici orqan da bundan xəbər tutub.(Tribunainfo.az)
Qarşı tərəfi dinləməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...