SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabah Yasamalda qaz olmayacaq

Sabah Yasamalda qaz olmayacaq

Tarix:

26-05-2025, 17:51

/ 146 dəfə oxundu.
Sabah Yasamalda qaz olmayacaq

 Sabah Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.

İşlərin yekunlaşdırılması məqsədi ilə mayın 27-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər

XƏBƏR LENTİ