Sadə Məmur Maaşı ilə Lüks Səyahətlər – DSMF PHŞ-nin regional rəhbəri Elvin Vəliyevin göz qamaşdıran HƏYATI /FOTOLAR
Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Qazax-Tovuz Regional filialının rəhbəri Elvin Vəliyev xaricdəki səyahətləri ilə diqqət çəkir.
Əldə etdiyimiz məlumata görə, sadə məmur maaşı alan filial müdiri istirahət üçün ailə üzvü ilə dünyanın müxtəlif şəhərlərinə üz tutur.
Vəliyevin səyahət etdiyi ölkələr arasında Monteneqronun məşhur Budva şəhəri xüsusi yer tutur. Turistlər arasında “Balkan Mayamisi” adlandırılan bu şəhər, gözoxşayan təbiəti və dəbdəbəli istirahət imkanları ilə seçilir. Bununla yanaşı, o, Stari Bar, Perast, Sveti Stefan, Budva Bələdiyyəsi kimi məşhur Monteneqro məkanlarında da olub. Səyahət marşrutu təkcə Monteneqro ilə bitmir – Vəliyev Albaniyanın Şkodra şəhərində də vaxt keçirib. O, həmçinin Ponta Beach Bar kimi lüks istirahət məkanlarında da olub.
Elvin Vəliyevin xarici səyahətləri bəzi suallar doğurur. Onun sadə məmur maaşı ilə ölkə-ölkə gəzintiləri diqqətçəkən məqamlardandır. Məlum olan budur ki, o, Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Vəliyevin oğludur.
Məmur övladlarının aktiv və dəbdəbəli həyat tərzi cəmiyyətdə daim maraq doğurub və bu tip xəbərlər ictimai diqqət mərkəzində qalmağa davam edir.(32gün.az)
PS: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
XalqXeber.Az








Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?