Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bir necə gün öncə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın Odlar Yurdu Universitetinin tibbi biologiya ixtisası üzrə bakalavr təhsilini başa vuran şəxsin həkim kimi çalışdığını yazaraq bu həkimə aid diplomları paylaşmışdı.
Apardığımız araşdıma zamanı bəlli oldu ki, Qənirə Ataşovanın paylaşdığı diplomlar fizioterapevt və reabilitiloq Rəhimə Atəşə məxsusdur.
Qənirə Ataşovanın yayımladığı xəbərdə bildirilirdi:
Azərbaycanın axsaq səhiyyə sisteminin diqqətinə! Bu sənədin sahibi Azərbaycan Səhiyyə Nazirliyindən həkim-fizioterapevt kimi sertifikat alıb. O, digər tibb universiteti məzunları kimi tam ixtisaslı həkim sertifikatını necə əldə edib? Gəlin, onun təhsil yoluna nəzər salaq:
- 2003-2008-ci ildə Odalar Yurdu Universitetinə tibbi biologiya ixtisası üzrə bakalavr təhsil alıb.
Maraqlıdır ki, bir il sonra tibbi biologiya ixtisasını bitirən şəxs Şəmkir Rayon Xəstəxanasında həkim-fizioterapevt kimi internatura keçib. Saxtakarlığın ilk təməli elə burada qoyulub.
Bu məlumat yayıldıqdan sonra, diplomun kimə məxsus olduğu öyrənməyə çalışdıq.
İddialara görə, bu diplomun sahibi Fizioterapiya və Reabilitasiya Mərkəzində çalışan, özünün sosial platmfora hesabında Dr. fizioterapevt və reabilitiloq kimi təqdim edən Rəhimə Atəşə məxsusdur.
Bu məlumatı yayımlamadan öncə, xanım reabilitiloq Rəhimə xanım Atəşlə əlaqə saxlamağa çalışdıq. Artıq iki gündür Rəhimə Atəşin qəbul telefonu ilə köməkçisi ilə əlaqə saxlayaraq, onun da mövqeyini təqdim etmək istədik. Amma nə yazıq ki, hər zəngimizdə Rəhimə Atəşin köməkçisi “Rəhimə xanıma məlumat vermişik, sizinlə əlaqə saxlayacaq”-deyə cavab verdi.
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Vətəninfo.az![]()
![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?