“Gədəbəyin icra başçısı Orxan Mürsəlov şikayətçi olduğuma görə məni təngə gətirib” - ŞƏHİD ATASI GİLEYLƏNİR
Gədəbəy rayonu, Çobankənd kənd sakini, şəhid atası Əliyev Əvəz Kamil oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya!
Yazıb sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, oğlum Əlizadə Şamxal 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində döyüşlərə qatılıb. Şuşa, Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatında iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Qeyd edim ki, Gədəbəy rayonunun keçmiş icra başçısı İbrahim Mustafayev hal-hazırda Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbə rəhbərinin müavini vəzifəsində çalışır. İcra başçısı şəhidlərimizin dəfn günündə öz vəsaiti hesabına pul ayırmışdı. 600 manat şəhidimizin dəfninə, ərzağına, 300 manat isə məzarın hazırlanmasına ayrılmışdı.
Gədəbəy rayonu, Çobankənd kənd icra nümayəndəsi Nizaməddin Bağırov İcra Hakimiyyətinin ayırdığı 300 manatı restoranda yeyib-içib. Bunu mən sonralar bildim. Hələ də bu ədalətsizliyə dözə bilmirəm.
Onu da vurğulayım ki, Gədəbəy rayonunun indiki icra başçısı Orxan Mürsəlov şikayətçi olduğuma görə məni təngə gətirib. Artıq ölkədən qaçmaqdan başqa yolum yoxdur. Bu dərdə dözə bilmirəm. Təhna qalmışam. Xahiş edirəm, mənə dəstək olun”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?