"Zevs" ləqəbli yutuberdən şikayət var: "İnsanları yeni üsulla aldadır" - TƏFƏRRÜAT
Sosial şəbəkələrdə "Zevs" ləqəbi ilə tanınan bloger Ruslan Quliyev barəsində "Operativ Media"nın redaksiyasına şikayət daxil olub.
Sayta müraciət edən şəxs bildirir ki, Zevs ləqəbli bloger müxtəlif sosial şəbəkələrdə insanlara yüksək məbləğdə pul qazanma vədləri verərək onları öz teleqram kanalına dəvət edir. Həmin teleqram kanalında isə 4 dəqiqəlik video yerləşdirilib. Videoda bildirilir ki, müxtəlif addımlar ataraq pul qazanmaq mümkündür.
Onun bu vədinə inanan çoxsaylı sosial şəbəkə izləyiciləri linkə daxil olub vəsait yatırırlar. Şikayətçi bildirir ki, buna inanıb böyük məbləğdə yatırımlar edənlərin pul vəsaitləri ələ keçirilir və geri qaytarılmır. Məsələnin ciddi olduğunu onun yerləşdirdiyi videoda yazılan rəylərdən də görmək mümkündür.
Qeyd edək ki, Ruslan Quliyevin (Zevs) qardaşı, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev ötən ilin sentyabr ayında DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə daxil olan çoxsaylı şikayətlər əsasında müəyyən edilərək saxlanılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?