SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Tarix:

16-12-2024, 09:51

/ 453 dəfə oxundu.
Bu ərazilərdə qaz olmayacaq

 Bu gün Bakının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Qaradağ rayonunda qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonunun isə Ş.Əsgərov, M.Seyidov, Ə.Gülbabayev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər

XƏBƏR LENTİ