Cəlilabad sakininin səsləndirdiyi iddialarla bağlı-AÇIQLAMA
Vətəndaş Hüseyin Məmmədovun internet televiziyalarından biri vasitəsilə istintaq orqanı tərəfindən ona qarşı qanunsuzluğa yol verilməsi ilə bağlı səsləndirdiyi fikirlərlə bağlı bildiririk ki, həmin iddiaların heç bir əsası yoxdur. Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Qeyd olunub ki, Cəlilabad rayon sakini Hüseyn Səfərov polisə müraciət edərək 06.04.2024-cü il tarixində rayonun Zərbiəlli kəndi ərazisində Hüseyin Məmmədov və onun 2 oğlu - Azər və Əkbər tərəfindən döyülərək xəsarət aldığını bildirib. Müraciət əsasında araşdırma başlanılıb, müvafiq tibbi ekspertiza təyin edilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib. Həmin fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, A.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Videomüraciət müəllifi H. Məmmədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur