Növbəti dəfə qanunsuzluğa yol verən zavod direktoru barədə tədbir görüldü
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azerkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunun direktoru Oqtay Niftəliyevə cərimə protokolu tərtib edilib.
İqtisadiyyat.az xəbər verir ki, buna direktorun işçinin əmək müqaviləsinə qanunvericiliyin tələblərini pozaraq xitam verməsi səbəb olub.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) müraciət əsasında zavodda yoxlama aparıb.
Yoxlamanın nəticəsinə uyğun olaraq, DƏMX Oqtay Niftəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə cərimə protokolu tərtib edib.
Direktorun barəsində protokol tərtib olunan maddədə deyilir ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
O.Niftəliyev isə DƏMX-in qərarından məhkəməyə şikayət edib. İş Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin icraatına verilib.
Qeyd edək ki, daha əvvəl ötən il Dövlət Ekoloji Təhlükəsizlik Xidməti zavoddan tullantı suların Sumqayıtçaya, oradan da Xəzər dənizinə axıdıldığına görə O.Niftəliyevi cərimələyib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur