SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ŞƏT-in ali məqsədi - davamlı sülh və inkişaf

ŞƏT-in ali məqsədi - davamlı sülh və inkişaf

Tarix:

4-07-2024, 15:42

/ 243 dəfə oxundu.
ŞƏT-in ali məqsədi - davamlı sülh və inkişaf

 
  İyulun 3-4-ü tarixlərində Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilib. Assosiasiyaya üzv olan ölkələrin əksər rəhbərləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Pakistanın Baş naziri və digər dövlətlərin hökumət başçıları sammitdə iştirak ediblər. 
“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edilib.  Əsas siyasi sənəd olan Astana Bəyannaməsi qəbul edilib. Sənəddə ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyub, təşkilatın fəaliyyəti qiymətləndirilib və gələcək üçün istiqamətləri müəyyənləşdirilib. Toplantıda Belarusun ŞƏT-ə qəbul edilməsi ilə bağlı qərar qəbul edilib.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. 
Prezident İlham Əliyevin ŞƏT-in Astana Sammitində iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarının bu mötəbər platforma vasitəsilə bir daha çatdırılması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətlidir.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında Çin Xalq Respublikasının sədri “Bir kəmər, bir yol” təşəbbüsünü şərh edib. Onun sözlərinə görə, Qazaxıstan və Çin bu təşəbbüs çərçivəsində yüksək keyfiyyətli əməkdaşlıq etməyə, praktiki sahələrdə əməkdaşlıqda yeni nəticələrin əldə edilməsinə töhfə verməyə hazırdır. “Biz “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlıq həyata keçirəcək və praktiki sahələrdə əməkdaşlıqda yeni nəticələrin əldə olunmasına töhfə verəcəyik. Qarşıya yeni vəzifə qoyulub - ən qısa müddətdə ticarət dövriyyəsini iki dəfə artırmaq. “Biz ticarət və iqtisadiyyat, investisiya, sənayeləşmə, nəqliyyat əlaqəsi və enerji kimi ənənəvi sektorlarda əməkdaşlığı davamlı şəkildə dərinləşdirmək barədə razılığa gəldik”, - deyə Çin sədri Si Cinpin bildirib.
Dövlət başçıları qarşıya ən qısa müddətdə ticarət dövriyyəsini iki dəfə artırmaq vəzifəsini qoyublar. “Biz ticarət və iqtisadiyyat, investisiya, sənayeləşmə, nəqliyyat əlaqəsi və enerji kimi ənənəvi sektorlarda əməkdaşlığı davamlı şəkildə dərinləşdirmək barədə razılığa gəldik”, - deyə Si Cinpin Akordadakı danışıqlardan sonra mətbuata açıqlamasında bildirib. O, əlavə edib ki, hər iki ölkə ticarət-iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi üçün yol xəritəsini diqqətlə həyata keçirəcək, sənayeləşmə sahəsində əməkdaşlıq layihələrinin səmərəli təşviqini stimullaşdıracaq, transxəzər beynəlxalq nəqliyyat marşrutunun və üçüncü keçidin tikintisini sürətləndirəcək.
Bundan əlavə, Qazaxıstan və Çin əsas mineral ehtiyatlar, alternativ enerji mənbələri, elmi-texniki innovasiyalar, aviasiya və kosmos və rəqəmsal iqtisadiyyat sahələrində birgə yeni artım nöqtələri axtarmaq niyyətindədirlər.
ŞƏT-in yaradılmasında ilkin məqsəd əvvəllər regionda təhlükə yaradan “şərin üç qüvvəsi” – terrorizm, separatizm və ekstremizmlə mübarizə aparmaq idi. Bu gün əməkdaşlıq nəqliyyat, enerji, maliyyə, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyaları, innovasiyalar və davamlı inkişaf kimi sahələri əhatə etməklə genişlənib. ŞƏT-in çevik strukturu təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həlli üçün daha funksional və problem yönümlü mexanizm əldə etməyə imkan verib. Bu gün ŞƏT həm coğrafi, həm də demoqrafik baxımdan dünyanın ən böyük regional təşkilatıdır. Avrasiya ərazisinin təxminən 60%-ni, dünya əhalisinin 40%-ni və qlobal ÜDM-in 30%-dən çoxunu əhatə edir. Bundan əlavə, ŞƏT digərləri ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Ümumdünya Turizm Təşkilatı (UNWTO) və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə rəsmi tərəfdaşlıq sazişləri imzalayıb. Beləliklə, ŞƏT status-kvonu dəyişmək niyyətində deyil.
Beləliklə, Şanxay təşkilatı ünsiyyət, konsensusun yaradılması və etimadın yaradılması üçün yüksək səviyyəli çoxtərəfli platforma təmin edərək özünü möhkəm və çevik olduğunu sübut etməkdədir.
 
Metin Hüseynov  -  siyasi sərhçi, politoloq
 

Şərhlər

XƏBƏR LENTİ