SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kərəm Həsənovun diqqətinə: Fərahim Mirzəyev kimin “sağ əli”dir?

Kərəm Həsənovun diqqətinə: Fərahim Mirzəyev kimin “sağ əli”dir?

Tarix:

31-01-2017, 09:04

/ 3 678 dəfə oxundu.
Kərəm Həsənovun diqqətinə: Fərahim Mirzəyev kimin “sağ əli”dir?

Azərbaycanda korrupsiyaya uğramış dövlət idarələri sırasında daha çox bir neçə qurumun adı çəkilir ki, onlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsidir. Araşdırmalar da göstərir ki, mətbuatda korrupsiya halları ilə bağlı yer almış yazıların bir çoxu məhz adıçəkilən Komitə ilə bağlıdır.

Burada həm jurnalist təqdiqatlarına, həm də ayrı-ayrı vətəndaşların şikayətlərinə rast gəlinir.

Şikayətlər isə əsasən müxtəlif idarə və şöbələrə rəhbərlik edən şəxslərin fəaliyyətindəki ciddi nöqsanlar barədə olur ki, nəticədə ümumən Komitənin işinə kölgə salınır, haqqında xoşagəlməz fikirlər formalaşır. Barələrində daha çox şikayət olunan Komiyə təmsilçiləri arasında bir neçə ad çəkmək olar. Belə şəxslərdən biri Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin müdiri Fərahim Mirzəyevdir.

O, hazırkı vəzifəsindən əvvəl Bakı şəhər Ərazi İdarəsinə rəhbərlik edib və açığı barəsində yazılanları oxuduqca bu adamın hələ də Komitədə vəzifə tutmasından təəccüblənməyə bilmirsən. Məsələn, bir müddət əvvəl ölkənin ber neçə KİV orqanı F.Mirzəyevin idarə rəisi olduğu dönəmlərə aid diqqətçəkən yazılar yaydı. Həmin yazılarda əsasən korrupsiya hallarından və vətəndaşların süni şəkildə get-gələ salınmasından bəhs olunurdu.

Məsələn, qeyd olunurdu ki, F.Mirzəyev adıçəkilən quruma rəhbərlik etdiyi müddətdə tabeçiliyində olanlara vətəndaşlarla ünsiyyət qurmağı qadağan edib, otaqlara, dəhlizlərə kameralar quraşdıraraq onları ciddi nəzarət altında saxlayıb. "Bununla o çalışırdı ki, bütün işləri özü həll etsin, müraciətlər yalnız onun əlinə gəlsin. Heç bir işçi onun gözündən yayınıb vətəndaşlarla hansısa sövdələşməyə gedə bilmirdi. İdarəyə gələnlərin hamısı yalnız birinci şəxsi "görməliydilər” – deyə, F.Mirzəyev barəsində mətbuatda getmiş məqalələrdə qeyd olunur.

Əslən Cəlilabaddan olan F. Mirzəyev barəsində deyilənlər bununla bitmir. İddi olunur ki, F.Mirzəyev bundan əvvəlki vəzifəsində kifayət qədər ciddi nöqsanlara yol verib. Məsələn, iddia olunur ki, həmin dönəmlərdə daşınmaz Əmlakın alqı-satqısı ilə məşğul olan və notarius tərəfindən verilmiş etibarnamə ilə hərəkət edən şəxslər nəzarətə götürülüb.

Onlardan Fərahim Mirzəyev və Nigar Quliyeva tərəfindən icazə verilən bəzilərini çıxmaq şərtilə əksəriyyətinin təqdim etdiyi etibarnamələr qəbul olunmayıb. Baxmayaraq ki, bu "Notariat Haqqında Qanun”un tələblərinə ziddir. Daşınmaz Əmlaka baxış keçirib, müayinə aktı tərtib edən texniki işçidən sonra həmin əmlaka təkrar olaraq Fərahim Mirzəyev və Məmməd Həsənova yaxın şəxslər tərəfindən "kontrol baxış” keçirilib. Əgər yüklülük arayışı almaq istəyən şəxs 20-30 il əvvəl öz həyat şəraitini yaxşılaşdırmaq üçün balkonu bağlayıbsa, artırıbsa, mənzilin, evin konstruksiyasında, interyerində dəyişiklik aparıbsa, yüklülük arayışı şəxsən Fərahim Mirzəyev və Xəyalə Mərdanovanın birgə razılığından sonra verilə bilərmiş.

Maraqlıdır ki, bütün bu kimi hallar barədə mətbuatda çoxsaylı yazılar yayımlansa da, Komitə sədri Kərəm Həsənov F.Mirzəyevə "gözün üstə qaşın var” demədi. Halbu ki, məhz F.Mirəzyev və bu ranqda olan məmurların "əməyi” nəticəsində Əmlak Məsələləri Dövlət Komitəsi barədə vətəndaşlarda xoşagəlməz fikirlər formalaşır. Üstəlik nəzərə aldıqda ki, F.Mirzəyev hələ də məsul vəzifədə çalışır və yenə də əzəli davranışlarına bənzər fəaliyyət növlərindən istifadə edir, bu halda F.Mirzəyevin özfəaliyyətlə deyil, xüsusi himayədarlıq çətiri altında işlədiyinə dair şübhələr yaranır. Vətəndaşların diqqətini çəkən digər məqam isə F.Mirəzyevin özünü Komitə sədrinin SAĞ ƏLİ kimi təqdim etməsidir.

"Bu adam açıq şəkildə deyir ki, mən Kərəm müəllimin ən yaxın adamıyam və tələblərim də bilavasitə yuxarının tapşırıqlarına söykənir. Əlbəttə, hər bir xırda məmur öz əməllərini yüksək çinli vəzifə sahibinin adı ilə pərdələməyə çalışa bilər. Bu baxımdan, Fərahim Mirzəyevin də dediklərinin həqiqət olduğunu birmənalı şəkildə söyləmək çətindir. Ola bilsin ki, Kərəm müəllimin heç xəbəri də yoxdur ki, Fərahim Mirzəyev vətəndaşlarla necə davranır. Bəlkə də bilsə onun cəzası ağır olar. Lakin yenə də kənardan görünən odur ki, Fərahim Mirzəyev heç kimdən qorxmur və özünü ən yüksək səviyyədə himayə olunmuş kimi aparır” – deyə, şikayətçilər bildirirlər.

Qeyd edək ki, apardığımız araşdırmalar da göstərir ki, Əmlak Məsələləri Dövlət Komitəsi barədə bu günə qədər mətbuatda getmiş mənfi xarakterli yazıların əksəriyyətində məhz F.Mirəzyev və onun ranqında olan digər bir neçə məmurun fəaliyyətindən bəhs olunur.

F.Mirəzyev barəsində şikayətlərin isə ardı-arası kəsilmir. Maraqlıdır ki, vətəndaşlar F.Mirəzyevin sahib olduğu mülklər və iaişə obyektləri barədə də məlumatlıdırlar. Bizə verilən məlumatlarda bu xüsusda kifayət qədər diqqətçəkən məqamlar var. Hələlik F.Mirzəyevin səltənəti barədə deyilənlərə tozunmaq istəmirik. Lakin bəzi məqamlarla bağlı araşdrıma apardıqdan sonra mövzuya yenidən qayıdacağıq. Ümid ediri ki, o vaxta qədər Kərəm Həsənovun özü F.Mirəzyevin fəaliyyətinə diqqət ayıracaq...
Qarşı tərəfin fikirlərinə yer verəbilərik!

missiya.az

Şərhlər

XƏBƏR LENTİ