İcra başçıları Hesablama Palatasından qorxmurlar... - Şok faktlar!
Son günlər Hesablama Palatası daha bir neçə rayonda apardığı auditin nəticələrini açıqladı. Qurumdan verilən məlumatdan Zərdab və Quba rayon İcra Hakimiyyətlərində (RİH) korrupsiya faktlarının aşkarlandığı məlum olurdu.
Sonda isə standart şəkildə bildirilirdi ki, “Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib”.
Görünən odur ki, yerli məmurlar Hesablama Palatasının yoxlamalarından bir o qədər də narahat deyillər. Əgər belə olmasaydı, qurumun öncəki illərdə apardığı auditlər nəticəsində yeyintilərin üzə çıxarıldığı rayonlarda həyata keçirilən yeni təftifşlərin sonucları fərqli olardı.
Amma belə görünür ki, həmin rayonlarda “köhnə hamam, köhnə tas” prinsipi işləyir: Hesablama Palatası gəlir, yoxlayır, gedir, nəticələri Milli Məclisə bildirir və...
Və növbəti auditdə eyni məmurların eyni korrupsiya əməllərini bəzən hətta qatbaqat artıq dərəcədə təkrarladığı üzə çıxır!
Məsələn, araşdırma nəticəsində məlum olur ki, Hesablama Palatasının yenicə korrupsiya faktlarını ortaya çıxardığı Goranboy rayonunda hələ 2 il əvvəl də ciddi mənimsəmə halları aşkarlanıb. Belə ki, 2015-ci ilin aprelində yayılan rəsmi məlumatda Şirvan şəhəri, Şəmkir, Zərdab, Gədəbəy, Ağstafa, Hacıqabul, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonları ilə bərabər, Nizaməddin Quliyevin rəhbərlik etdiyi Goranboy rayonuna ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlandığı bildirilirdi.
Yaşar Məmmədov (Quba RİH başçısı)
Səbəb aydındır: əksər şəhər və rayonların icra başçıları daha yüksək çinli məmurların himayəsində olduqlarından özlərini toxunulmaz sayır və dövlət vəsaitləri ilə istədikləri kimi rəftar etməyə davam edirlər...
P.S. 2013-cü ildə Hesablama Palatası Zərdab rayonunda kütləvi maliyyə pozuntuları aşkarlamışdı.
Həmin vaxt Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev ondan bu barədə soruşan KİV nümayəndəsinə elə beləcə də cavab vermişdi: “Mən hazırda istirahətdəyəm. Hesablama Palatasının yoxlaması barədə heç nə deyə bilmərəm. Gedin, Palatadan soruşun”.
Lütfəli Babayev (Zərdab RİH başçısı)
Fikrimizcə, bu, icra başçılarının adıçəkilən quruma və onun apardığı auditlərə əsl münasibətini bilmək üçün kifayət qədər yetərli faktdır.
Belə görünür, Hesablama Palatasının yoxlamalarının real nəticə verməsi üçün artıq başqa cəza tədbirlərinə əl atmasının vaxtıdır...

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır