Azərbaycanda unun qiyməti QALXDI: Çörək BAHALAŞACAQ - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda un bahalaşıb. Bildirilib ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb. Bəs Azərbaycanda unun bahalaşması qiymətin qalxmasına səbəb olacaq?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq cəfərli Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, unun qiyməti qalxırsa, çörəyin bahalaşması qaçınılmazdır:
"Unun qiyməti artırsa, bu un məmulatların qiymətinə təsirsiz ötüşməyə bilməz. Çünki xammal undan ibarətdir. Hətta çörəyin maya dəyərinin 80 faizi unun qiymətindən asılıdır. Unun qiymətnin qalxması çörəyin bahalaşmasına səbəb olacaq. Bu qaçınılmazdır. Sadəcə olaraq Azərbaycanda spesifik bir xüsusiyyət var. Bəzən bizdə qiymət yerində qalır, amma çörəyin çəkisi azalır. Əslində bu da bir növ qiymət artımı deməkdir. Formal olaraq qiymət artırmasalarda, çəkinin azaldılması yolu il qiymətə təsir edirlər".
Qeyd edək ki, sözügedən qiymət artımını artıq satıcılar da təsdiqləyirlər. Qiymət artımına əsas səbəb isə məhsulun azlığı göstərilir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb