Dünya üçün son dərəcə faydalı təşəbbüslərin yerinə yetirilməsi missiyasını öz üzərinə götürərək müxtəlif beynəlxalq tədbirlərə, humanitar forumlara, sivilizasiyalararası dialoq platformalarına uğurla ev sahibliyi edən Azərbaycan bütün dünyada sülhün qorunması, insan təhlükəsizliyi, mədəniyyətlərin təması məkanı kimi tanınıb. Bəşəriyyəti təhdid edən ayrı-ayrı problemlərin həlli, birgəyaşayış normalarının qorunması, bu mühitdə qazanılmış mənəvi nailiyyətlərin daha da inkişafı, cəmiyyətlərin gələcək tərəqqisi üçün geniş imkanların yaradılması təkcə bir ölkənin bacardığı iş deyil. Bundan ötrü dövlətlərin, cəmiyyətlərin bir araya gəlməsinə, liderlər, tanınmış elm xadimləri, alimlər, dünyanın siyasi, mədəni elitasının nümayəndələri arasında dialoqların aparılmasına ehtiyac var. Bu ümumdünya problemlərinin Bakıda müzakirəsi Azərbaycanın sülh və əməkdaşlıq məkanı kimi nüfuzunun göstəricisidir.
Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib. Bu baxımdan martın 14-16-da Bakıda keçirilən XI Qlobal Bakı Forumu xüsusi əhəmiyyətə malikdir. Dünya miqyaslı ictimai-siyasi xadimlərinin iştirakı və çıxışı tədbirin əhəmiyyətini bir daha göstərir.
Prezident İlham Əliyev də çıxışında bir çox mühüm və vacib məsələlərə toxundu. Bu gün dünya siyasətində Azərbaycanın özünəməxsus yeri var. Cənab Prezident Qarabağ zəfərindən sonra bölgədə yaranmış yeni reallıqlara diqqətə çəkərək Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı təmin etmək üçün hazırda yaranmış fürsəti Ermənistan tərəfindən qiymətləndirilməli olduğunu və Azərbaycanın xoşməramlı təşəbbüslərini yerinə yetirməyə çağırıb. “İrəvan hökuməti ölkələrin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və Azərbaycanın təkliflərini dəyərləndirməlidir. Ermənistanın gələcəyini düşünən vasitəçi ölkələr və beynəlxalq iştirakçılar ona bu şansı itirməməyi və Azərbaycanın qaldırdığı sülh təşəbbüslərinə əmml etməyə tövsiyə etməlidir. Əks halda bölgədə yaşanan mürəkkəb proseslər Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxaracaq.
Forumda Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq əməkdaşlıq platformasının möhkəmlənməsinə dərin töhfələr verərək dünyada etimadını artırrıb, bu nüfuzun davamı kimi ölkəmizə Asiya Parlament Assambleyasına sədrlik etmək, COP-29 Zirvə görüşünə ev sahibliyi etmək kimi məsuliyyətli vəzifələr tapşırılıb. Bütün bunlar Azərbaycanın qlobal məsələlərin müzakirəsi üçün ən müvafiq bir məkan olmasını təsdiq edir.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası