Ombudsman Xankəndidə seçki məntəqəsində - Foto
Ombudsman işğaldan azad olunan ərazilərdə seçki məntəqələrində yaradılan vəziyyətlə tanış olub.
Ombudsman Səbinə Əliyeva tərəfindən növbədənkənar prezident seçkiləri ərəfəsində vətəndaşların seçki hüququnun təmini də daxil olmaqla, seçki prosesi ilə bağlı ümumi vəziyyətin araşdırılması üçün ölkəmizin işğaldan azad olunmuş ərazilərində müşahidələr həyata keçirilib.
Xankəndi, Şuşa və Laçında yeni yaradılmış seçki məntəqələrində aparılmış müşahidələr zamanı Müvəkkil növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi ilə yaxından tanış olub, məntəqələrdə seçici siyahılarına baxış keçirib, seçkiyə hazırlıq məqsədilə həyata keçirilən tədbirlər, seçki hüququnun təmini istiqamətində görülən işlərlə maraqlanıb.
Ombudsman öz doğma torpaqlarına geri qayıtmış vətəndaşlarla da görüş keçirib, seçki prosesi, seçicilərin hüquqları, vəzifələri və digər məsələlər barədə müzakirələr aparılıb.
İşğaldan azad edilmiş ərazilərimizdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığı müşahidə olunub.
Qeyd edilib ki, sevindirici haldır ki, dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçiriləcək. Belə ki, həmin ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunmuş, habelə öz doğma yurdlarına qayıtmış şəxslərin seçki hüququnun təmini məqsədilə 26 seçki məntəqəsi yaradılıb.



İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir