SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Azəriqaz”ın keçmiş əməkdaşı məhkəmə qapılarında qalıb... - AXI NİYƏ?

“Azəriqaz”ın keçmiş əməkdaşı məhkəmə qapılarında qalıb... - AXI NİYƏ?

Tarix:

5-02-2024, 15:44

/ 223 dəfə oxundu.
“Azəriqaz”ın keçmiş əməkdaşı məhkəmə qapılarında qalıb... - AXI NİYƏ?

“Azəriqaz” İstehsalat Birliyinin keçmiş əməkdaşı Nağı Allahverdi Əli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevə və Xarici Kəşviyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Soltanova müraciət edir. Onun məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Cənablar!

Sizdən xahiş edirəm ki, Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızının fəaliyyətinin araşdırılması ilə bağlı göstəriş verəsiniz.

Diqqətinizə çatdırım ki, “Azəriqaz” İstehsalat Birliyi məni saxta əmrlə və qanunsuz olaraq Əmək Məcəlləsinin “79 C” maddəsilə işdən azad edib.

18 sentyabr 2023-cü il tarixində səhhətimlə bağlı problemlər yaşadığıma görə, əmək qabiliyyətim bərpa olunana qədər həkim məsləhəti ilə müvəqqəti olaraq işdən uzaqlaşdım. “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi isə, bunu bəhanə edərək, məni haqsız yerə işdən uzaqlaşdırdı.

Mən bu haqsızlıqla bağlı 17 oktyabr 2023-cü ildə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi təqdim etmişəm. İddiam 2( 011 ) -7935/2023 nömrəsi ilə qeydiyyata alınıb və hakim Eyvazova Samirə Əli qızının icraatına verilib. Hakim Əmək Məcəlləsinin 79-cu maddəsinin pozulmasına görə, verilən əmri dərhal ləğv edib və işimə bərpa olunmağımla bağlı qərar çıxarmalı olduğu halda, ekspertizaya göndərilməyimlə baqli qərar verdi.

Hakimin saxta əmrlə bağlı çıxardığı qərar məni çox sarsıtdı. Bu məsələdən sonra onun barəsində internet vasitəsilə məlumat topladım. Bu zaman öyrəndim ki, Samirə Eyvazova həmçinin “Sabah qrupu”nda saat hesabı müəlliməlik edir. Hansı ki, “Azəriqaz”ın Kadrlar İdarəsinin rəisi Xəqani Bəşirli də həmin qrupda müəllim kimi çalışır.

Ən maraqlı məqam isə odur ki, Eyvazova Samirə Əli qızı 2012-2016-cı illərdə Bakı Dövlət Universtetinin Beynəlxalq hüquq və Avropa hüququ kafedrasında müəllim, 2006–2012-ci ildə həmin universtetin Hüquq və Avropa hüququ kafedrasında baş laborant, həmin universtetin Hüquq və Avopa hüququ kafedrasında saat hesabı müəllim, 2004-2006-cı ildə universtetin Ümumi hüquq və Xarici ölkələrin konstitusiya hüququ kafedrasinda baş laborant və Xarici ölkələrin konstitusiya hüququ kafedrasında saat hesabı müəlliməlik edir.

Hazırda AŞPA və bəzi xarici dövlətlər ölkəmizin bir çox uğurlarını həzm edə bilmədiklərindən, bizə qarşi çirkin əməllərlə məşquldurlar. Ölkəmizdə növbədənkənar Prezident seçkilərinə bir neçə gün qaldığı bir vaxtda hakim Samirə Eyvazova saxtakarları qoruyur və onların qanunlarımıza olan hörmətsizliyinə göz yumur.

Mən bir vətəndaş olaraq çox arzu edərdim ki, belə adamları araşdırıb cəzalandırasınız. Ümid edirəm ki, belələri layiqli qiymətini alacaq.

Əvvəlcədən təşəkkürümü bildirirəm”.


Şərhlər

XƏBƏR LENTİ