SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Leyla Imanova: "Kitabxananın fondlarında əcnəbi dillərdə olan mənbələrin araşdırılmasına ehtiyac var"

Leyla Imanova: "Kitabxananın fondlarında əcnəbi dillərdə olan mənbələrin araşdırılmasına ehtiyac var"

Tarix:

27-01-2017, 16:30

/ 3 538 dəfə oxundu.
Leyla Imanova: "Kitabxananın fondlarında əcnəbi dillərdə olan mənbələrin araşdırılmasına ehtiyac var"

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatı keçirildi.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-də görülən işlərdən söz açıb. Onun sözlərinə görə kitabxana milli dəyərlərin təbliği istiqamətində ciddi işlər görür. L.İmanova MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verib. Onun sözlərinə görə MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir. Bundan başqa direktor MEK-in vikipedia istiqamətində də çalışmalar həyata keçirdiyini, yeniliklər etdiyini vurğulayıb. O, məhz kitabxana əməkdaşlarının çalışması nəticəsində 20 Yanvar və “Aprel döyüşləri” şəhidlərinə, Milli Qəhrəmanlara həsr olunmuş səhifələrin yaradıldığını, burada toplanan məlumatların zənginləşdirilməsi istiqamətində işlər görüldüyünü deyib. O, hazırda Xocalı sıyqırımı qurbanlarına həsr olunmuş vikipedia səhifəsinin yardılması üzərində çalışdıqlarını söyləyib. L.İmanova MEK fondlarında xarici dillərdə olan mənbələrin saxlanıldığını və onların araşdırılmasına, tərcüməsinə və çap edilməsinə ciddi ehtiyac olduğunu vurğulayıb.
MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü son aylarda keçirilən təqdimatlara alimlərin və ictimaiyyət nümayəndələrinin böyük maraq göstərdiklərini deyib. O, MEK-də keçirilən tədbirlərin və aksiyaların əhəmiyyətindən bəhs edib. M.Göyüşlü keçirilən tədbirlərin və görülən işlərin üç dildə yayımlanan mek.az saytında operativ şəkildə işıqlandırıldığını vurğulayıb.
Kitabxananın Fondların formalaşdırılması bölməsinin əməkdaşı Aysel İbrahimli yanvar ayı ərzində MEK-ə daxil olan sənədlər (kitab, jurnal, dissertasiya, avtoreferat və s.) haqqında slaydlı təqdimatla çıxış etdi. O, bildirdi ki, MEK-in fondları pulsuz məcburi nüsxələr, hədiyyələr, beynəlxalq kitab mübadiləsi və s. üsullarla formalaşdırılır. A.İbrahimli MEK-in yanvar ayı ərzində hədiyyə yolu ilə 123 kitab, 185 jurnal, pulsuz məcburi nüsxə olaraq 177 kitab, 68 jurnal, 2 dissertasiya, 3 avtoreferat əldə etdiyini açıqlayıb. Daha sonra təqdimatçı bir sıra kitablar və jurnallar haqqında ətraflı məlumat verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, fəlsəfə doktoru Rəşad İlyasov MEK-in gördüyü işləri yüksək qiymətləndirib. O, təsəvvüf fəlsəfəsi, bu istiqamətdə apardığı araşdırmalar və çap etdiyi kitab haqqında da danışıb.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Birlik” jurnalının baş redaktoru İlqar İlkin Mərkəzi Elmi Kitabxananın dövrün tələblərinə uyğunlaşmasını təqdirəlayiq hal kimi qiymətləndirib. O, təklif edib ki, MEK xarici ölkələrdə Azərbaycanla bağlı keçirilən kitab auksionlarında iştirak edərək ölkəmiz üçün əhəmiyyət kəsb edən nəşrləri əldə etsin. İ.İlkin bundan başqa xarici ölkələrdəki önəmli qurumlara və şəxslərə Azərbaycanla bağlı kitabların göndərilməsi üçün qarşılıqlı əməkdaşlıq da təklif edib.
Filologiya üzrə fəlsəfə doktoru Lütfiyyə Əsgərzadə kitablarının MEK fondlarında saxlanılmasından və onların təbliğindən məmnunluğunu dilə gətirib.
Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, yazıçı Qismət Rüstəmov unikal sistemləşmə və müasirləşmə prinsipləri ilə əsaslı dəyişikliklər edən kitabxananın dünya dövlətlərinin kitabxanaları ilə müqayisə ediləcək səviyyədə olduğunu qeyd edib. O, təklif edib ki, MEK-də gənc yazarların kitablarının təqdimatları keçirilsin, kitabxana mükafatlar təsis edərək elmi, ictimai və s. sahədə uğur qazanmış.
Leyla Imanova: "Kitabxananın fondlarında əcnəbi dillərdə olan mənbələrin araşdırılmasına ehtiyac var"
Leyla Imanova: "Kitabxananın fondlarında əcnəbi dillərdə olan mənbələrin araşdırılmasına ehtiyac var"
Leyla Imanova: "Kitabxananın fondlarında əcnəbi dillərdə olan mənbələrin araşdırılmasına ehtiyac var"
Leyla Imanova: "Kitabxananın fondlarında əcnəbi dillərdə olan mənbələrin araşdırılmasına ehtiyac var"

Şərhlər

XƏBƏR LENTİ