SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » AMEA-nın Mərkəzi Elmi Kitabxanasından oğurluq olub- Kitabxanadan 160 kompüter aparılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasından oğurluq olub- Kitabxanadan 160 kompüter aparılıb

Tarix:

3-10-2018, 18:59

/ 728 dəfə oxundu.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından oğurluq olub- Kitabxanadan 160 kompüter aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasından oğurluq olub.
Faktinfo.az-ın əldə etdiyi məlumata görə,AMEA-nın Mərkəzi Elmi Kitabxanasından 160 kompüter oğurlanıb.Bu barədə AMEA-nın prezidenti,akademik Akif Əlizadə də xəbərdardır, oğurluq hadisəsini hüquq-mühafizə orqanları araşdırır.

Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verilmədi. AMEA-nın mətbuat xidmətinin rəhbəri Zülfüqar Fərzəliyev isə, hadisə barədə məlumatı olmadığını bildirdi.

Onu da qeyd edək ki,Mərkəzi Elmi Kitabxana strateji bir sahə sayıldığından,xüsusi mühafizə olunur.Bu səbəbdən kitabxanadan 160 kompüterin oğurlanması müəyyən suallar doğurur.

Araşdırmalarımız davam edir, əlavə məlumat veriləcək.

Faktinfo.az

Şərhlər

XƏBƏR LENTİ